Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən əhaliyə hava xəbərdarlığı – 2 gün...

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a daxil olan xəbərə görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə nazirlik meteohəssas insanlara xəbərdarlıq edib.

Avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Pia.az



Etiket: hava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar