Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvana Ermənistandan birbaşa nəqliyyat dəhlizinin açılması... - Hansı üstünlükləri var?

İqtisadçı-ekspert: “Əslində imzalanan bəyanatın ən vacib bəndlərindən biri də budur. Çünki ana dövlətlə muxtar respublika arasında komunikasiyalar 90-cı illərin əvvəllərində tamamilə kəsilmişdi”.

Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin olması bölgə və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı imzalanan ayrıca müddəanı PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alır. Qeyd olunur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvanla dəhlizin yaradılmasını öz üzərinə götürür. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Naxçıvana Ermənistandan birbaşa nəqliyyat dəhlizinin olması regiona nə vəd edir?

Mövzu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Naxçıvanla açılacaq nəqliyyat dəhlizi gələcəkdə kifayət qədər ciddi tranzit xəttinə çevrilə bilər”.

Türkiyənin Orta Asiya respublikalarına yükdaşımaları artıq Gürcüstan ərazisində deyil Naxçıvan marşurutu ilə həyata keçirilə biləcəyini düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu da yolu ən azı iki dəfə azaldır və yükdaşımanın maya dəyərini xeyli dərəcədə aşağı salır:

“Əslində imzalanan bəyanatın ən vacib bəndlərindən biri də budur. Çünki ana dövlətlə muxtar respublika arasında komunikasiyalar 90-cı illərin əvvəllərində tamamilə kəsilmişdi. Bu da Naxçıvanın həm iqtisadiyyatına, həm təminatına, həm də Azərbaycan iqtisadiyyatının özünə çox böyük əngəllər törədirdi. Azərbaycan İran vasitəsi ilə Naxçıvana həm enerji təminatını, həm də yükdaşımaları həyata keçirirdi.

Əgər bu müddəa yerinə yetiriləcəksə, təhlükəsizlik təmin edildikdən sonra həm dəmir yolu, həm də avtomobil yolunun açılması, hətta Naxçıvanı təmin edəcək qaz xəttlərinin də oradan keçməsi gözlənilir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin olması bölgə və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Çünki yükdaşımaların həcminin artması gözlənilir.

Natiq Cəfərli: “Bu nəqliyyat açılandan sonra Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Orta Asiyanın iqtisadiyyatında ciddi dinamizm yarana bilər”.

Hətta Türkiyənin Orta Asiya respublikalarına yükdaşımaları artıq Gürcüstan ərazisində deyil Naxçıvan marşurutu ilə həyata keçirilə bilər. Bu da yolu ən azı iki dəfə azaldır və yükdaşımanın maya dəyərini xeyli dərəcədə aşağı salır.

Naxçıvanla açılacaq nəqliyyat dəhlizi gələcəkdə kifayət qədər ciddi tranzit xəttinə çevrilə bilər. Düşünürəm ki, bu nəqliyyat açılandan sonra Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Orta Asiyanın iqtisadiyyatında ciddi dinamizm yarana bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar