Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatın IX qurultayında səslər sayılmağa başlandı - Fotolar+Video

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda Müsavat Partiyasının IX qurultayı başlayıb

Musavat.com-un verdiyi məlumata görə, qurultayda partiya başqanının seçkisi gözlənilir.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir.

2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.

Hazırda IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoyub. Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılıdır.

Müsavat Partiyasının davam edən 9-cu qurultayında say komissiyası və seçki komissiyası yaradılıb. Səsvermə üçün 40 kabinə qurulub. 

Müsavat Partiyasının sərbəst Məclis üzvlüyü üçün 60 yerə qarşı 115 nəfər öz namizədliyini irəli sürüb. 60 yerdən 15 yer qadınlar üçün ayrılmış kvotadır. 

Başqan və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin səsverməsinin nəticələri bu gün sayılıb, açıqlanaraq təsdiq olunacaq. Sərbəst Məclis üzvlərinin seçkisinin nəticələrinin isə bu gün yox, sabah sayılaraq Məclisin növbəti iclasında təsdiq olunması qərar alınıb. Qərar səsvermə ilə qəbul edilib. 

Bundan başqa, Müsavat Partiyası 71 rayon təşkilatının sədrlərinin Məclis üzvü səlahiyyəti səsverməyə qoyularaq təsdiq olunub. 

Başqanlığa namizəd Tofiq Yaqublu çıxış edirək, iqtidarın ünvanına pozitiv fikirlər səsləndirən bəzi müsavatçıları tənqid edib. O, Arif Hacılını, İsa Qəmbəri hakimiyyətə qarşı prinsipial olmamaqda qınayıb.

Başqanlığa digər namizəd Yadigar Sadıqlı isə çıxışında qeyd edib ki, Müsavat bu gün güclü deyil. O, əlavə edib ki, 5 il əvvəllə və bu günkü digər partiyalarla müqayisədə Müsavat zəifləyib: "Müsavat aksiyalara çox adam toplaya bilmir".

Y.Sadıqlı başqan seçilərsə, gəncləri Müsavata cəlb etmək planı olduğunu vurğuladı: "Müsavatın üzləşdiyi böhran, tənəzzül kimi sözləri tələffüz etmək mənə ağırdı, amma diaqnoz düzgün qoyulmalıdır. Bu səbəblər Arif Hacılının idarəçiliyindən doğur. Mən ədalət tərəfdarıyam. Arif bəy milli azadlıq hərəkatında, Müsavatda xidmətləri olan insandı. Amma hər yaxşı idmançı yaxşı məşqçi olmaya bilər". 

pia.az

Fotolar




Etiket: Musavat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ən çox oxunanalar