Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Sənayesi Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Martın 21-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin onlayn rejimdə iclası təşkil olunub...

Nazirlikdən verilən məlumata görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların iştirakı ilə keçirilən müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş üzrə Təlimatından irəli gələn məsələlər müzakirə olunub.

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən bütün qərarları dəstəkləyəcəyini, virusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə bundan sonra da hər cür ehtiyat tədbirlərinin həyata keçiriləcəyini qeyd edib.

Təlimata uyğun olaraq, əməkdaşların təhlükəsizliyinin təmini məqsədilə Nazirliyin mərkəzi aparatında və tabeli müəssisələrdə iclasların, müşavirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi, mümkün olduğu halda əməkdaşların məsafədən işləmələrinin təşkili, o cümlədən 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiqi qərara alınıb.

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunduğu gündən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bütün tabeli müəssisələrdə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, bütün ezamiyyətlər dayandırılıb, əməkdaşlara xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırmaq məsləhət görülüb, vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, müraciətlərə yalnız elektron və telefon rabitəsi vasitəsilə baxılması təmin edilib.

Müşavirədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna Müdafiə Sənayesi Nazirliyi tərəfindən vəsait köçürüldüyü bildirilib. (APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar