Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Akademiyasında beynəlxalq seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji zonasının qorunmasında mövcud problemlər” mövzusunda beynəlxalq seminar keçirilib...

FHN-dən Poliqon-a verilən xəbərə görə, videokonfrans formatında keçirilmiş seminarda Azərbaycan, Özbəkistan və Qazaxıstan respublikalarının müvafiq ali təhsil müəssisələrinin tələbələri və kursantları iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd yaşıl enerji zonalarının qorunması ilə bağlı müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və birgə fəaliyyətin təkmilləşdirilməsinə dair müzakirələrin aparılması olub.

Tədbirdə iqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi ən böyük təhlükələrdən biri olduğu diqqətə çatdırılıb, bu təhlükəyə qarşı təcili və konkret addımların atılmasının vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu mütərəqqi sənədə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Seminarda iqlim dəyişikliyi kimi qlobal fəlakətə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb, yaşıl dünya naminə qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətindən danışılıb.

Seminarda tədbir iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: FHN seminar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar