Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb...

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

O qeyd edib ki, istər idxal edilən, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir: “Ona görə də istənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.

Q.Təhməzli vurğulayıb ki, trans yağın iribuynuzlu heyvanın orqanizmində göstəricisi 2 %-dir: “Dünyada və Azərbaycanda bu, 2 %-lik əmsalla ölçülür. Bəzi “ekspertlər” bu göstəricinin yüksək olduğu deyirlər. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Hətta bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Bu cür insanlara açıq şəkildə deyirəm ki, ölkədə istənilən ticarət şəbəkələrində satılan yağların ekspertizinasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertizaya eləməyə hazıram”.

Poliqon.info


Etiket: Yağlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar