Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur aktrisa: “İldə iki dəfə küsülü gedirəm“

"Ulduzam, fərqliyəm. Niyə özümə deyim, sadəyəm, mən kiməm? Sənət adamları fərqlidir, seçilir və sevilir. Deyim, milyonlarım var, ulduz həyatı yaşayıram, yox. Amma özümə görə həyatım var. Zümrüdəm, məndən bir də olmayacaq. Bir insanı hər kəs sevə bilməz. Bir insanı hər zaman ya sevirlər, ya nifrət edirlər. Ortası olmayacaq".

Bu sözləri aktrisa Zümrüd Qasımova "Youtube"da yayımlayan "Hardan başlayım" layihəsində deyib. Xərçəngdən əziyyət çəkən sənətçi həyatından bəhs edib:

"Sənətə gələndən risklər etdim, başqa aktrisaların etmədiyini etdim: iddialı, açıq, cəsarətli səhnələr oldu. Amma çox şey edə bilərdim, daha məşhur ola və onunla pul qazana, gözəl şəraitdə yaşaya, lüks maşınım və həyatım ola bilərdi. Amma daha çox sevgini, kiminsə çiyninə başımı qoymağı seçdim. Sevgi və ailəyə görə çox şeydən vaz keçdim. Bir aktrisa kimi teatrda özümü doğrultdum, filmdə yox. Deyirdim, filmdə gənc qızı oynamaq istərdim. Amma xalanı oynayacaq hala gəldim.



Bir qadın kimi çoxundan xoşbəxtəm, çoxundan da bədbəxtəm. Heç vaxt özümü gözəl hesab etmirdim. Mənə gözəlsən deyəndə, cavab verirdim ki, onda gözəllər nə etsin? Allah xəstəliyimlə bağlı elə şey verdi ki, qadının gözəlliyini tamamlayan bir şeyi aldı əlimdən. Uzun illər səhərlər güzgüyə baxa bilmirəm. Bir müddət həyatımdan bu hisslər çıxmışdı, xoşbəxt oyanırdım. Amma 10 ilə yaxındır ki, səhərlər aqressiv oyanıram, özümə nifrət edirəm, öz eybəcərliyimi görürəm və heç nə olmamış kimi həyata davam edirəm. İnsan gənc olanda övladın olub-olmamasını hiss etmirsən: rəfiqələrlə gəzirsən, dolaşırsan. Amma sabah tək qalanda nə olacaq? Allah anama, yoldaşıma ömür versin, amma heç kim sığortalanmayıb".

Z.Qasımova həyat yoldaşının qısqanclığından bəhs edib:

"Çox sevgi ilə yaşamışam. Sevgisizlik məni öldürə bilər. Hərdən yoldaşımla mübahisə edib, küsüb anamgilə gedirəm. Amma bir anlıq boşluğa düşürəm: necə məni qısqanmır, axtarmır. Azad, inadkar qız olmuşam. Qarşıma yumşaq xarakterli, hər dediyimə "hə" deyən kişi çıxa bilməzdi. Mənlə bacaran kişi lazım idi: həm qısqanır, həm sevir, həm də sənətimə dəyər versin. Kənardan elə görünür ki, həyat yoldaşım məni sıxır. Amma o, belə izah edir: maraqlanıram ki, sən nəfəs alırsan, yığıram səsini eşidim, bilim yaxşısan. Əsəbləş, amma sənə bildirim ki, hər şeydən mənə vacibsən. Mən səni yaşadıram. Əməliyyat olunmuşam, pisəm. Yoldaşım mübahisə edir ki, həkim niyə sənə elə baxdı? Narkozdan yeni ayılmış, əsəbi, halsız adama bu sual verilir. Bir kişinin bir qadına verə biləcəyi ən böyük sevgini mənə verdi. Ondan qopa bilmirəm, o da məndən. İldə iki dəfə anamgilə gedirəm, 1 ay qalıram. Deyirəm, görüm ayrı qala bilərik. Bütün cütlüklər arada belə fasilə verməlidir.

Həyat yoldaşıma heyranam. Çox savadlıdır, fəlsəfəni gözəl bilir. Onun otağı kitabla doludur". (axşam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar