Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub...

PİA.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzdi, burada nümayiş olunan eksponatlarla tanış oldu. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verilib. Bildirilib ki, Romanın Kuirinale yüksəkliyində yerləşən saray 1573-cü ildə Papa XIII Qriqorinin yay iqamətgahı kimi tikilib. Birinci Umbertonun hakimiyyəti dövründə sarayda müxtəlif şəxslərin, o cümlədən musiqiçilərin, artistlərin, səyyahların qəbulları təşkil olunurdu. İyirmi əsrin birinci yarısında Kral III Viktor Emmanuel bu sarayı iqamətgah kimi seçib.

Beləliklə, əvvəllər Roma Papasının və İtaliya krallarının iqamətgahı olan saray indi prezidentlərin iqamətgahıdır. Sarayın memarları Domeniko Fontana və Karlo Madernadır.

Məlumat verilib ki, əvvəllər Papanın müxtəlif təyinatlar üzrə istifadə etdiyi sarayın prezident otağında indi dövlət başçısının rəsmi görüşləri keçirilir. Saraydakı şəkillər XVII əsrə aiddir. Bu saraydan indiyə qədər 30 Papa, 4 kral və 12 prezident istifadə edib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar