Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maye qaz niyə bahalaşdı?

Xəbər verildiyi kimi, Azərbaycanda maye qazın qiyməti artıb

LPG qazın qiyməti artıq 4 gündür ki, 5 qəpik bahalaşıb. Belə ki, yanacaqdoldurma məntəqələrində LPG qazın bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qaldırılıb.

Məlumata görə, CNG qazın, yəni sıxılmış təbii qazın qiymətində artım qeydə alınmayıb. Artımın səbəblərindən biri kimi, son vaxtlar qazla işləyən avtomobillərin sayının artması və sürücülərin avtomobilin mühərrikində dəyişiklik edərək maye qaza keçməsi göstərilir.

Ölkədə maye qaza olan tələbatı təmin edən qurum – Azərbaycan Dövlət Neft Şirkəti də məsələ ilə bağlı mətbuata açıqlama verib. Şirkətdən “Report”a verilən açıqlamada qeyd olunur ki, bütün neft məhsulları Tarif Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır, lakin maye qazın pərakəndə satış qiyməti təyin edilməyib: “Avtomobil benzini və dizel yanacağı üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı yeni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə almadan yalnız topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiymətləri həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mövzu ilə bağlı musavat.com-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da bildirdi ki, hazırda CNG qazının istifadəsi daha sərfəlidir: “Təxminən 2016-cı ildən bunun təbliğinə başlanıldı ki, CNG qazından yanacaq kimi istifadə etməklə daha çox qənaət etmək olar. Qənaət isə Aİ 92 markalı benzinlə müqayisədə hesablanmışdı. Yəni, mühərrikdə dəyişiklik edib CNG-ə keçməklə sürücülər daha çox qənaət edə bilərdirlər. CNG həm də ekoloji baxımdan daha az zərərli hesab olunur. Mühərrikin dəyişdirilməsi isə 1600-2000 manata başa gəlirdi. Hazırda da tendensiya odur ki, mühərriki qazla işləyən avtomobillərə tələbat artır. Səbəb isə daha qənaətli olmasıdır. Digər tərəfdən Heydər Əliyev adına Neftayırma Zavodunun istehsal etdiyi avro-2 standartındakı Aİ 92 markalı benzinin ekologiyaya vurduğu zərərlə müqayisə etsək, CNG dəfələrlə üstündür”.

İ.Şabanın sözlərinə görə, avtomobillərdə hazırda LPG qazından istifadə olunsa da, CNG daha üstün sayılır: “SOCAR bir ayın içində 3 yerdə CNG yanacaqdoldurma məntəqəsi açıb. İlin sonuna kimi bu məntəqələrdən ümumilikdə 20 yerdə təşkil olunacaq. Həmçinin SOCAR Petroliumun avtomobillərə CNG mühərrikinin quraşdırılması xidməti də var. Lakin LPG qazı ilə işləyən avtomobillər də var.

Qiymət artımına gəlincə, ekspert bildirdi ki, əgər topdansatış qiyməti dəyişməyibsə, pərakəndə satış qiymətinin hər yerdə eyni olması sual doğurur: “Pərakəndə satış müxtəlif sahibkarlar tərəfindən həyata keçirilirsə və fərqli məsafələrə aparılırsa, niyə birmənalı olaraq 45 qəpiyə satılır, bir yerdə 42 qəpik, digərində 44 qəpik olmur? Qiymətlərin bu cür eyni vaxtda, eyni məbləğdə dəyişməsinə biznes aləmində karter sövdələşmələri ilə mümkündür”.

Qeyd edək ki, son illər Azərbaycanda avtomobillərin maye qazla, yəni LPG ilə işləməsi üçün xüsusi avandalıqların quraşdırılmasına başlanılıb. Bu işlə məşğul olan şirkətlər də fəaliyyət göstərir və onlara Fövqəladə Hallar Nazirliyi tərəfindən lisenziya verilir. Məlum olduğu kimi, bu avadanlığı yalnız benzin mühərrikli maşınlara quraşdırmaq mümkündür. Belə ki, avtomobilin baqaj hissəsinə qaz balonu qoyulur və bundan sonra mühərrikə bir neçə detal əlavə edilir. Bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir.

Bu avadanlığı 4 silindirli maşınlarda quraşdırmağın qiyməti 1500 manatdan başlayır və 2000 manatdan çox yüksələ bilir. Avtomobil qazla işləyərkən sərfiyyat nisbətən çox olsa da, LPG qazın qiyməti ucuz olduğundan xərci iki dəfə azalmış olur.

ADA universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda avtomobillərdə daha çox LPG sisteminə üstünlük verilir: “Sürücülər əsasən LPG sisteminə keçməyə çalışırlar. Bu bizim məişətdə istifadə etdiyimiz metan qazındadan fərqlidir, daha möhkəm molekula sahib olan qazdır və avtomobil üçün nəzərdə tutulub. Sıxılmış qazdan, yəni CNG-dən isə əsasən “BakuBus” avtobuslarında istifadə edilir”.

pia.az

 


Etiket: Maye qaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar