Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Yeravan açıqlamaları - Rus nazir nə demək istəyib?..

Lavrovun bəyanatını seperatçıları danışıq masasına oturtmaq cəhdi kimi dəyərləndirmək olarmı? - Politoloq açıqladı...

Politoloq: “ Lavrov Ermənistanda son çıxışında sadəcə olaraq ermənilərə təbliğat baxımından ruh yüksəkliyi verdi”.

Dağlıq Qarabağ tənzimlənməsində ən böyük problem odur ki, praktiki tənzimlənmə başlanmır. Yəni sənəddə yazılanlar real həyatda işə düşmür”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Lavrovun Ermənistana səfəri zamanı Dağlıq Qarabağ haqqında dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla danışıqlardan səsləndirdiyi fikirlər Azərbaycanda heç də bir mənalı qarşılanmayıb. Lavrov deyib ki, Dağlıq Qarabağ tənzimləməsi bu regionun əhalisinin razılığı olmadan həyata keçirilə bilməz.

Qarabağın seperatçı qurumunun tənzimləmə prosesinə tamhüquqlu tərəf kimi daxil edilməsinə Rusiyanın münasibəti barədə suala cavab verərkən Lavrov deyib ki, danışıq iştirakçılarını tərəflər razılaşdırmalı və müəyyən etməlidirlər:

O bildirib ki, ilkin mərhələdə Dağlıq Qarabağ danışıqların tərəfi kimi qəbul olunurdu: “Dağlıq Qarabağ tənzimləməsinə dair məsləhətləşmələrin erkən mərhələsində və sonrakı danışıqlarda, döyüş əməliyyatları dayandırılanda Dağlıq Qarabağ müvafiq razılaşmaların və atəşin kəsilməsindən sonra başlanan müvafiq danışıqların tərəfi idi.Hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri qərar qəbul etdi ki, Dağlıq Qarabağın maraqlarını Yerevan təmsil edəcək”.

Daha sonra Sergey Lavrov əlavə edib: “Biz həmsdərlər qrupu kimi bu prosesi davam etdirməklə yalnız ona nail ola bilərik ki, proses ümumi razılıq axarında getsin. Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma tərtib etmək mümkün olmayacaq. Ermənistan bunu sadəcə olaraq dəstələməyəcək”.

Lavrovun bəyanatını seperatçıları danışıq masasına oturtmaq cəhdi kimi dəyərləndirmək olarmı və Lavrovun birtərəfli açıqlamaları vasitəçi ölkənin missiyasına nə qədər uyğundur? Həmçinin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, danışıqlarda bəzi irəliləyişlər var. “İrəliləyiş” ifadəsi onu deməyə əsas verirmi ki, artıq Ermənistan danışıqlar masasında konstruktiv mövqedən çıxış edir?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Lavrov güc tətbiq etməmək sözünü axırıncı yerə, ərazi bütövlüyü prinsipini isə ikinci yerdən birinci yerə keçirdi”.

Lavrovun Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcəyini dediyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bəzən Lavrov 180 dərəcə mövqeyini dəyişə bilir:

“İki məsələni nəzərdə saxlamaq lazımdır. Birincisi hamıya məlumdur ki, Lavrov ermənidir. Yəni o həmişə vəziyyəti ermənilərə tərəf dartmağa çalışıb. İkincisi Lavrov dəyişkən xarakterli bəyanatları , mövqeyi ilə seçilir. Hamı onu güclü diplom hesab edir, amma Lavrov vahid mövqeyi nümayiş etdirən diplomat deyil. Hətta bəzən Lavrov 180 dərəcə mövqeyini dəyişə bilir.

Hesab edin ki, Lavrov Ermənistanda son çıxışında sadəcə olaraq ermənilərə təbliğat baxımından ruh yüksəkliyi verdi. Amma peşəkar baxımından onun verdiyi bəyanatların təhlili göstərir ki, o Ermənistanda bu vaxta qədər demədiyi sözləri dedi. Bununla da Lavrov Ermənistanı çox çətin vəziyyətə saldı. Lavrov bildirdi ki, əgər Dağlıq Qarabağ danışıqlara qoşulmaq istəyirsə, buna Bakının razılığı lazımdır. Yəni rəsmi Bakı icazə verməsə Dağlıq Qarabağ ermənisi danışıq stolunun arxasında otura bilməyəcək. Lavrov bunu açıq mətndə dedi.

Həmçinin prinsiplər barədə Lavrova sual veriləndə o, Paşinyanın 3 prinsipini biraz dəyişdi. Lavrov, xalq sözü işlətmədi, bildirdi ki, münaqişəni Ermənistan, Dağlıq Qarabağ Azərbaycan həll etməlidir. Sonrakı sula Lavrov gözlənilməz cavabı verdi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində prinsiplər bəllidir və sabitdir. Bütün sənədlərdə ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmək yazılıb. Lavrov güc tətbiq etməmək sözünü axırıncı yerə, ərazi bütövlüyü prinsipini isə ikinci yerdən birinci yerə keçirdi. Danışııqlar prossesini bilən adam üçün bu sensasiya kimi qəbul edilir. Ermənilər həm özlərini, həm də Moskvadan gələn jurnalistləri hazırlamışdılar ki, Lavrovdan mümkün qədər Dağlıq Qarabağ məsələsi haqqında çox söz alsınlar .

Mübariz Əhmədoğlu: “Lavrov bildirdi ki, əgər Dağlıq Qarabağ danışıqlara qoşulmaq istəyirsə, buna Bakının razılığı lazımdır”.

Mən Lavrovun sadaladığı üç prinsipi ardıcıllıqla deyirəm:

1. Güc tətbiq etməmək;
2. Ərazi bütövlüyü prinsipi;
3. Xalqların öz müqəddəratını təyin etmə prinsipi.

Bir daha təkrar edirəm ki, Lavrov güc tətbiq etməmək prinsipini axırıncı yerə keçirtdi. Bu da o deməkdir ki, Lavrov güc tətbiq etmək ehtimalını ən axırıncı hesab variant hesab edir. Ərazi bütövlüyü prinsipini isə birinci hesab edir. Bu dəyişiklik də Azərbaycanın xeyrinədir.

Ən vacib məsələ isə Dağlıq Qarabağın statusunun kimin müəyyən edəcəyidir: Dağlıq Qarabağ xalqımı, yoxsa Dağlıq Qarabağın əhalisimi? Ermənilər deyirlər ki, bu müqəddəratı erməni xalqı həll edəcək, amma əslində sənədlərdə yazılıb ki , Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcək. Lavrov isə Ermənistanda bildirdi ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcək. Yəni Lavrovun dilindən Dağlıq Qarabağ əhalisi sözü çıxdı.

Mübariz Əhmədoğlu: “Ermənilər və tərəfdarları imkan vermirlər ki, sənəddə yazılanlar ya tam, ya da hissə-hissə həyata keçsin”.

Elmar Məmmədyarovun “danışıqlarda bəzi irəliləyişlər var” ifadəsinə gəlincə, Xarici İşlər naziri düz deyir. Məmmədyarovun dediyi danişıqlar masa arxasında olanlara söykənir. Nəzərə almaq lazımdır ki, Məmmədyarov optimist görünməyi xoşlamır. Məsələn, danışıqlar prossesində iki irəliləyiş olanda Məmmədyarov deyir ki, birdir .

Məlumdur ki , sənəddə hər şey ermənilərin ziyanına, müəyyən qədər Azərbaycanlıların xeyrinədir. Dağlıq Qarabağ tənzimlənməsində ən böyük problem odur ki, praktiki tənzimlənmə başlanmır. Yəni sənəddə yazılanlar real həyatda işə düşmür. Ermənilər və tərəfdarları imkan vermirlər ki, sənəddə yazılanlar ya tam, ya da hissə-hissə həyata keçsin”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar