Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun hamilə qadınlara və yenidoğulanlara necə təsir etdiyi açıqlanıb

Koronavirusun hamilə qadınlara və onların dünyaya gətirəcəkləri körpəyə hansı formada təsir etdiyi açıqlanıb...

Trend-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, indiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb:

“Koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb. Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta uşaq doğulduqdan sonra südünü körpələrinə verməlidirlər. Çünki süddə heç bir koronavirus aşkar edilməyib, digər tərəfdən süd körpələrin qidalanması isə çox vacibdir”.

Həkim tövsiyə edib ki, hamilə qadınlar və yaxınları yaranmış hazırki vəziyyətdən panikaya düşməsinlər.

Onun sözlərinə görə, digər insanlar kimi hamilə qadınlar da koronavirusun qarşısının alınmasına yönələn sanitar-gigiyenik tələblərə əməl etməlidirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar