Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub

Xəbər verildiyi kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub... 

PİA.az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:

"Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilmiş və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxıldı. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir."

Millət vəkilinin sözlərinə görə, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülüb:

"Nəzərinizə çatdırım ki, gecəyarısı qurumlararası koordinasiyalı iş nəticəsində ortaya qoyulan nəticə bir daha Azərbaycan səhiyyəsinin və bu ağır günlərdə Azərbaycan səhiyyəçilərinin və dövlətinin öz vətəndaşına, ən başda səhiyyə işçilərinə qarşı münasibətidir. Xüsusən səhiyyə işçilərinin təhlükəsizliyi və Covid-lə mübarizədə onların xəstəliyinin müalicəsi cənab Prezident və Birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarəti altındadır. Bu gecə də saat 12 radələrindən etibarən Prezidentin köməkçisi Anar Ələkbərovun nəzarəti altında istər Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi və eləcə də aidiyyatı qurumların rəhbərlərinin koordinasiyalı çalışması nəticəsində biz ən təhlükəli anda həyatını itirmək üzrə olan Teymur Cəfərova bu köməyi edə bildik".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar