Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Koronavirus və neftin qiymətinin düşməsi - Dünya iqtisadiyyatı niyə bu qədər həssasdır?

Qlobal müharibə baş verərsə, dünya iqtisadiyyatının bağları tamamilə qopa və iqtisadi fəlakət yarana bilərmi?..

İqtisadçı-ekspert: “Çində bu virusun yayılması demək olar ki, iqtisadiyyatı baltalayıb”.

“İqtisadi münasibətlər, iqtisadi faktorlar öndə olarkən dünya iqtisadiyyatı daha sabit şəkildə qalır, inkişaf və proseslər dayanıqlı olur. İndiki şəraitdə isə istənilən neqativ xəbər axını bazarlara, birjalara çox ciddi təsir imkanlarına malikdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Çində yayılan virusa görə neftin qiymətinin aşağı düşməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünya birjalarında neftin qiyməti yeni həftənin ilk hərraclarında da aşağı düşməyə başlayıb.

London İCE birjasında “Brent” markalı neftin qiyməti 60 dollardan aşağı düşüb. Bu da ötən həftənin sonuna nisbətən 2.2 faizlik ucuzlaşma deməkdir.

Neftin qiyməti 60 dollardan aşağı sonuncu dəfə ötən ilin noyabrında düşmüşdü. Həmin vaxt “Brent” nefti qısa müddətə 59.76 dollara satılmışdı.

Hərraclarda WTI markalı Amerika nefti də ucuzlaşıb və 52.9 dollara enib.

Analitiklər qeyd edirlər ki, yanvarın üçüncü ongünlüyündən başlayaraq neftin kəskin ucuzlaşması Çində insanlar arasında yayılan koronovirusdur.

Analitiklər neftə olan tələbatın daha da azalacağını, nəticədə qiymətlərin enməkdə davam edəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Qiymətin 50 dollardan aşağı düşməsi hasilatçı şirkətlər üçün sərfəli deyil.

Dünya iqtisadiyyatının hər bir hadisəyə bu qəddər həssaslığı barədə nə demək mümkündür? Belə çıxmırmı ki, qlobal müharibə baş verərsə, dünya iqtisadiyyatının bağları tamamilə qopa və iqtisadi fəlakət yarana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadşı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bu il neft qiymətlərinin daha da ucuzlaşacağının şahidi ola bilərik”.

2004-cü ildə də Çində yeni virusun yayıldığını və buna görə neftin qiymətinin düşdüyünü xatırladan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, yeni virus Avropaya, ABŞ-a da çatıb. Buna görə də bu virusun təsirlərinin daha çox olması ehtimalı var. Bunun da dünya birjalarına, o cümlədən neft qiymətlərinə daha çox mənfi təsir etmə ehtimalı var:

“Görünən odur ki, son 3-4 ildə dünya iqtisadiyyatında iqtisadi parametrlər, iqtisadi faktorlar arxa plana keçib. Daha çox təhlükəsizlik məsələləri, regional münaqişələr, müharibələr, ticarət savaşları və valyuta savaşları məsələləri, hətta virus yayılması məsələsi dünya ticarətinə daha tez təsir göstərməyə başlayıb.

Əslində bu dünya ticarətinin zəif nöqtəsidir. Çünki iqtisadi münasibətlər, iqtisadi faktorlar öndə olarkən dünya iqtisadiyyatı daha sabit şəkildə qalır, inkişaf və proseslər dayanıqlı olur. İndiki şəraitdə isə istənilən neqativ xəbər axını bazarlara, birjalara çox ciddi təsir imkanlarına malikdir. Bu da manipulyasiya imkanlarını artırır. Yəni dünya bazarlarında birjaların da manipulyasiya imkanları kifayət qədər artıb.

Qeyd edim ki, Çində yayılan virusa görə neftin qiymətinin düşməsinin obyektiv səbəbləri var. Obyektiv səbən ondan ibarətdir ki, Çin dünyada ikinci ən böyük neft istehlakçısıdır. Həmişə neft istehlakı Çində il boyu bu aylara düşürdü. Çünki bu aylar Şərq təqvimi ilə yeni il bayramıdır. Bu bayramlar zamanı da daha çox avtomabil, hava nəqliyyatından istifadə olunurdu. Həmçinin daha çox turist səfərləri təşkil olunurdu və xarici səfərlər artırdı. Bunun nəticəsində də daha çox neft istehlakı artırdı.

Çində bu virusun yayılması demək olar ki, iqtisadiyyatı baltalayıb. Çünki Çinə gələn çox reyslər təxirə salınıb. Hətta Azərbaycan da martın 8-ə qədər Çinə reysləri təxirə salıb. Yəni həm Çinə gedən, həm də Çindən çıxan turistlərin sayı azalıb. Həmçinin Çində daxili turizm də azalıb. Demək olar ki, insanlar evlərindən bayıra çıxmırlar. Bu da dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində neftə tələbatı kəskin azaldıb.

Natiq Cəfərli: “Son 3-4 ildə dünya iqtisadiyyatında iqtisadi parametrlər, iqtisadi faktorlar arxa plana keçib. Daha çox təhlükəsizlik məsələləri, regional münaqişələr, müharibələr, ticarət savaşları və valyuta savaşları məsələləri, hətta virus yayılması məsələsi dünya ticarətinə daha tez təsir göstərməyə başlayıb”.

Məlumdur ki, Çin turist kimi xaricə ən çox səfər edən ölkədir. Hər il təqribən 150-180 milyon Çin vətəndaşı xarici ölkələrə səfər edir. Bu səfərlər də əsasən bayram günlərinə düşürdü. İndi bu səfərlər təxirə salındığına görə dünyanın aviaşirkətlərinin dövriyyəsi də azalıb. Yəni bu obyektiv səbəbdir ki, neftə olan tələbatın azalması, neft məhsullarına olan tələbatın azalması dünya ticarətinə, o cümlədən neftin qiymətinə mənfi təsir göstərir.

Bu hadisə 2004-cü ildə də olmuşdu. Bu ildə də Çində yeni virus yayılmışdı və neftin qiymətinə kəskin təsir etmişdi. Yeri gəlmişkən qeyd edim ki, həmin virusun təsirləri 1 ilə yaxın davam etmişdir. İndi də Çində yayılan virusun çox böyük epidemiya olduğu görünür. Artıq 80-dən çox insan həlak olub və 90 mindən çox insanın virusa yoluxdugu deyilir. Virus çox surətlə yayılır. Hətta virus Avropaya, ABŞ-a da çatıb. Buna görə də bu virusun təsirlərinin daha çox olması ehtimalı var. Bunun da dünya birjalarına, o cümlədən neft qiymətlərinə daha çox mənfi təsir etmə ehtimalı var.

Daha bir obyektiv səbəb isə ABŞ-la İran arasında müharibə riskinin dayanmasıdır. 15-20 gün öncə bu müharibənin olma ehtimalı çox yüksək qiymətləndirilirdi. İndi isə bu ehtimal demək olar ki, sıfırlanıb və birbaşa toqquşmanın olmayacağı hər kəsə aydındır. Bunun da neft bazarına təsiri var.

Həmçinin bu il ABŞ-da keçiriləcək prezident seçkilərinin də neft qiymətinə təsirləri olacaq. ABŞ seçicisinə daxili siyasətdə ən çox təsir edən amil benzin qiymətləridir. Obamanın prezidentliyinin son bir ilində benzin qiymətləri son dövrün ən ucuz qiymətinə çatmışdı. Bu da ABŞ istehlakçısının xoşuna gəlirdi. Çünki ABŞ avtomabil ölkəsidir və hər min nəfərə az qala 700 avtomabil düşür.

Trampın da əsas hədəflərindən biri seçkilərə qədər benzin qiymətlərinin daha aşağı düşməsidir. Bu da onu deməyə əsas verir ki, ABŞ həm istehsalı, həm hasilatı artırmaqla, dünya bazarlarına sözlü müdaxilələrlə, müharibə təhlükəsini aşağı salmaqla neftin qiymətinin daha da aşağı düşməsində maraqlı olacaq. Buna görə də bu il neft qiymətlərinin daha da ucuzlaşacağının şahidi ola bilərik”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Dünya mətbuatı İdlib hücumu ilə bağlı nələr yazır?..

Vasif Talıbov öz qardaşı ilə toqquşur? - Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb...

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

Türkiyə Ordusu İdlibdə hücuma keçdi: Əsəd rejiminin bütün hədəflərinə zərbə endirilir - Yenilənib

Aylıq gəliri 2 milyon manat olan icra başçısı eşşək südünü 80 manata satırmış

loading...

Ən çox oxunanalar