Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kim nə istəyir yazsın, vecimizə də deyil” – Anar Bağırov

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir neçə gün əvvəl "Mərkəz” vəkil bürosunun dünyasını dəyişən üzvünün yerinə yeni rəhbər təyinatı və fərdi vəkillərin fəaliyyətinə xitam verilməsinə münasibət bildirib

Kollegiyanın sədri Criminal.az saytına açıqlamasında bildirib ki, "Mərkəz” vəkil bürosuna rəhbər təyin olunan Elçin Qəmbərov ləyaqətli, vicanlı və şərəfli vəkildir. Anar Bağırovun sözlərinə görə, E.Qəmbərov vəkillər tərəfindən seçilib:

"Vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilib. Büronun vəkilləri yekdilliklə Elçin Qəmbərova səs veriblər. Elçin Qəmbərov 28 ildir vəkillik vəaliyyəti ilə məşğuldur. Hələ onun barəsində bir dəfə də olsun Vəkillər Kollegiyasına şikayət daxil olmayıb. Onun barəsində heç bir intizam icraatı aparılmayıb. Qanuna tabe olan adamdır, peşəkardır və vəkil kimi işini qüsursuz görüb”.

Jurnalistin "amma öz müvəkkili Leyla Yunusun ona göndərdiyi gizli məktublar haqda kitab yazıb” deməsinə Anar Bağırov aqressiv cavab verib:

"O sizin fikrinizdir. Get işinlə məşğul ol... Kimlərinsə sifarişi ilə mənə zəng edib yazı yazırsan. Elçin Qəmbərov ən ləyaqətli vicdanlı vəkildir. Mənim dediyim sözlər həqiqətdir. Elçin haqda bunu deyənlər qərəzlidir, deqi-qodudur. Ona gərə ki, Elçin vəkildir, onu danışanlar vəkil deyil. Əgər Leyla Yunus vəkilinin yazdıqlarından narazı idisə, şikayət verəydi. Şikayət etməyibsə, bu razılıq əlamətidir və demək Elçinin yazdıqları həqiqətdir”.

Fərdi vəkillərin fəaliyyətinə xitam verilməsinə gəlincə A.Bağırov bildirdi ki, vəkillik bazar deyil və harada akreditasiya olunubsa, orada da fəaliyyət göstərməlidir:

"Məsələn, fərdi vəkil Şamaxı rayonunda fəaliyyət göstərməlidir. Məlum olur ki, o Şamaxıda yox, gəlib Bakıda oturub. Həmin regionun adamları da qalıb vəkilsiz, onlara hüquqi yardım göstərilməyib. Gəlib Bakıda otururlar, regionlarda vəkilsiz qalıblar. Biz deyirik ki, harda fəaliyyət göstərirsənsə, orada da akreditasiya olun. Burda nə var ki?

Sabah biz deyirik ki, filan vəkil Şamaxıda fəaliyyət göstərir, sonradan məlum olur ki, o Bakıdadır. Belə çıxır ki, biz insanları aldadırıq. Biz heç kimi aldatmaq istəmirik. Necə varsa, elə də olmalıdır. Bizdə kifayət qədər fərdi vəkillər var. Hansı vəkillər ki, göstərilən ünvanda qeydiyatda deyil, fərdi fəaliyyət göstərib, sığorta haqqını kollegiyaya ödəyirlərsə nə problem var ki? Dərd odur ki, həmin vəkillər həm qeydiyyat üzrə fəaliyyət göstərməyiblər, digər tərəfdən illər boyu 2 faiz sığorta haqqını ödəməyiblər.

Kimsə vergisini ödəməyəndə ona sağ ol deyirlər? Biz həmin vəkillərə intizam tənbehi də tətbiq edə bilərdik. Amma hümanistlik göstəririk. Kimə haqq verilib ki, qanunla üzərinə düşən vəzifəni yerinə yetirməsin. Qanunda yazır ki, hər ay 2 faiz rüsumu ödəməlisən, bəs niyə ödəməyiblər. Onlar qanunu pozub, biz yox. Belə çıxır ki, onlar fərdi vəkil kimi fəaliyyət göstərə bilmirlər, qanunun tələblərini yerinə yetirmirlər. Biz də buna görə onlara sağ ol deyə bilmərik. Biz bununla bağlı üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Əks halda dərəbəylik, anarxiya yaranar”.

"Bizi buna tənqid edənlər də qərəzli adamlardır. Tənqidçi qərəzli yox, obyektiv olmalıdır. Hamıya bəlli faktdılr ki, qərəzli adam qərəzli də mövqe bildirəcək. Kim nə istəyir yazsın, vecimizə də deyil.

Əsas odur ki, 90 faiz vəkillər bizim fəaliyyəti dəstəkləyirlər, alqışlayırlar. Vəkillər kollegiyasının birliyi var, vəkillər Rəyasət Heyətini dəstəkləyir. Bu göz qabağındadır və hamı da bilir. Biz dözümlü və tolerantıq. Əsas odur ki, vəkillər kollegiyanın gördüyü işi tam dəstəkləyir. Nəticə də göz qabağındadır. Alnımız açıqdır. Sosial şəbəkədə də açığıq, görürəm ki, dəstəklənirik”-deyə kollegiya sədri vurğulayıb.

pia.az


Etiket: Anar Bağırov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar