Şənbə, 28 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İşğaldan azad olunmuş ərazilərdəki subartezian quyularının bərpasına başlanılıb

Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata görə, ərazilər azad olunandan sonra ilk olaraq Səhmdar Cəmiyyətin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib.

Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.

Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir.

Xatırladaq ki, ümumilikdə 654 subartezian quyusu işğal altında idi.

“Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik”, deyə məlumatda deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

"İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə, qulağımın birini kəsəcəm" deyən tayqulaqları...

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

Xalq artistinin qardaşı özünü maşının altına atıb - Foto

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - Foto

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

Ermənilər əsirlikdə olan Azərbaycan hərbçisinin yeni fotosunu yaydılar

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay