İranda ölümlə nəticələnən yol qəzası baş verib
APA-nın Tehran bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 10 radələrində Boyin – Miyandəşt istiqamətindən Xansar şəhərinə gedən mikroavtobus dərəyə aşıb.
Qəza nəticəsində 11 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
pia.az