İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan ölüb. Bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda COVID-19-dan ölənlərin sayı 124 763 nəfərə yüksəlib.
Ölkədə son 24 saat ərzində daha 11 788 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 5 833 525 nəfərə çatıb.
pia.az