Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin hərbi qeydiyyata alınma proseduru asanlaşdırılır

Azərbaycanda vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı sənədlərin təqdim edilməsi proseduru asanlaşdırılır

Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Qüvvədə olan qanuna əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Bu zaman onlar müvafiq icra hakimiyyəti orqanına bir sıra sənədlərlə yanaşı, doğum haqqında şəhadətnamənin surətini də təqdim etməlidirlər. Lakin doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə bu sistemə inteqrasiya olunub.

Təklif edilən dəyişikliyə görə doğum haqqında şəhadətnamə üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmayacaq. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif edilir.

Məsələ Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar