Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Holdinqlərin heç həndəvərinə dolana bilməzlər…”

“Lerik-Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda, çox böyük ehtimalla, vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər…”

Bu fikirlər iqtisadçı-ekspert Qubad İbadoğlunun “facebook” səhifəsində paylaşdığı yazıdan götürülüb.

Ekspert “Hər obyektə ayda 6 manat 94 qəpik vergi” başlığı qoyduğu yazısını 3 təkliflə başlayıb: “Təklif edirəm ki:

1) Hər bir şirkətin nə qədər vergi ödəməsi ilə bağlı məlumatlar ictimai əlçatan olsun.

2) Şirkətlərin vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin.

3) Dövlətdə vəzifə tutan şəxlər gəlirlərin və əmlakını dərc etsinlər”.

Daha sonra “Relax” şirkətinin ödədiyi vergilərin simvolik rəqəmlərlə ifadə olunduğuna diqqəti çəkir:

Vergilər Nazirliyinin açıqlamasına görə, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekti olan “Relax” şirkəti 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin 7 ayı ərzində isə 972 manat məbləğində vergi ödəyib.

Belə çıxır ki, milyonlarla qazancı olan, 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik, hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də, hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır”.

Q. İbadoğlu oxşar vəziyyətin məmur və deputatlara məxsus başqa obyektlərdə də hökm sürdüyünü istisna etmir: “Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər.

Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir”.

Ekspert yazısının sonunda problemin həlli üçün irəli sürdüyü təkliflərin həyata keçirilməsini zəruru sayır:

Bu problemin həlli üçün 2 təklif irəli sürürəm:

“1) Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaıyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa onda bu hallar baş verməzdi və əhali də bilərdi ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.

2) Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir.

Yekun qənaətim odur ki, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir. Şübhəsiz ki, “Relax” İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır”.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar