Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyətində narkotik becərən şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Yalama PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə rayonun Nabran kənd sakini Ruslan Xanbabayev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə tiryək və sellofan torbalarda çətənə bitkisinin toxumları, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə plastik qablarda və dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 428 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ruslan Xanbabayev narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar