Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər XİN başçılarının görüşü ilə bağlı bəyanat yaydı

Ötən gün keçirilən görüş ilə bağlı bəyanat...

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) AzərbaycanErmənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın videokonfrans formatında ötən gün keçirilən görüşü ilə bağlı bəyanat yayıblar.

Bu barədə "Report" ATƏT-ə istinadən xəbər verir.

Həmsədrlər sülh və danışıqlar predmeti üçün əlverişli şəraitə imkan yaradılması və mühitin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar.

Onlar yerlərdəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin eskalasiyadan qaçması üçün birbaşa əlaqə kanallarından istifadəsinin davam etdirmələrinə məmnunluqlarını ifadə ediblər.

Bununla birlikdə, 9 mart 2019-cu il tarixli bəyanatlarına əsaslanan həmsədrlər narahatlıqla qeyd ediblər ki, son təxribatçı ifadələr nizamlama prosesinə xələl gətirə bilər.

Həmsədrlər münaqişənin hərb yolu ilə həllinin mövcud olmadığını vurğulayıblar. Onlar israrla tərəfləri atəşkəs rejiminin möhkəmlənməsinə və əhalinin sülhə hazırlamaq üçün əlavə addımların atılmasına təşəbbüs etməyə çağırıblar.

Həmsədrlər və Xarici işlər nazirləri iyulda birlikdə daha bir videokonfransı keçirməyi və mümkün qədər tez görüşməyi razılaşdırıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar