Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar - Foto

Yəqin ki, ictimai həyatımızda həmkarlar ittifaqlarının oynadığı rolun əhəmiyyəti haqda, hər kəs müəyyən qədər məlumata malikdir...

Açıq-aşkar şəkildə qeyd edək ki, istər iri istehsal müəssisələrində, istərsə də ayrı-ayrı dövlət qurumlarında və digər sahələrdə çalışan şəxslərin hüquqları pozularkən, həmkarlar ittifaqları üzərinə düşən vəzifə funksiyasını lazımınca yerinə yetirirlər. Belə bir səbəb üzündəndir ki, adı çəkilən bu qurumun fəaliyyət göstərməsinə, bu gün də ciddi ehtiyac duylur. Son vaxtlar həmkarlar ittifaqları atdıqları addımları ilə özünü təsdiq etdirdikcə, bu quruma olan inam da, günü-gündən artmaqda davam edir. Hətta, qeyd olunan sahədə çalışan ayrı-ayrı şəxslərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir çox tədbirlər, həm əhali arasında maarifləndirmə təbliğatının həyata keçirilməsində, həm də bu qurumun üzərinə düşən vəzifə funksiyalarının nələrdən ibarət olması yöndə, hər kəsin məlumatlı olmasına səbəb olur. Məsələn, bir-iki gün bundan öncə Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsi sahibkarlarla görüş təşkil edir. Keçirilən görüş ödənişsiz səhər yeməyi konteksində başlayır və tədbirdə abşeronlu sahibkarlarla bərabər, digər hörmətli qonaqlar da iştirak edirlər.

Tədbirin keçirilməsi əvvəlcədən planlaşdırılır və Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev parkında fəaliyyət göstərən “Park Abşeron” restoranında ən yüksək səviyyədə keçirilir. Onu da bildirək ki, belə bir tədbirin keçirilməsinə adı çəkilən restoranın administratoru Gülnarə xanım Abdullayeva dəstək olur. Tədbirin sonunda Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqının Abşeron rayon komitəsinə yeni sədr təyin olunan Vüsal Rzazadə bizimlə söhbətində “Belə bir tədbirlər mütəmadi olaraq keçiriləcək və növbəti dəfə sahibkarlar üçün ödənişsiz səhər yeməyi də təşkil olunacaq. Növbəti tədbiri bu ayın 25-də keçirməyi nəzərdə tutmuşuq və tədbirdən öncə onun hansı ünvanda, hansı formatda keçiriləcəyi haqda hər kəsə ətraflı məlumat da veriləcək. Bu tədbir daha geniş formatda keçiriləcək” deməyi də unutmadı. Vüsal Rzazadə bir ay bundan öncə Abşeron rayon komitəsinə sədr təyin olunmasına baxmayaraq, o, ötən müddət ərzində çox böyük işlər görüb. Belə ki, o, yaş həddindən asılı olmayaraq hər kəsin, ələlxüsüs azyaşlıların əylənib normal istirahət etmələri üçün ayrı-ayrı hotellərlə, bəzi istirahət mərkəzləri ilə müqavilələr bağlayıb. Belə bir addımlarını atmaqda bu şəxsin əsas məqsədi, məhz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetrmək, Vətənini sevmək, xalqına bağlılıq hissini ortaya qoymaqdan ibarətdir.

Onu da qeyd edək ki, Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsinin sahibkarlarla keçirdiyi tədbirdə, respublika komitəsinin sədri Məhəmmədəli Salmanovla bərabər, komitə sədrinin müavini Mehman Fərzəliyev də iştirak edir. Belə bir tədbirin keçirilməsində əsas məqsəd, sahibkarların birbiri ilə işgüzar münasibət qurmalarına, həmkarlar ittifaqlarının iş fəaliyyətləri haqda onların ətraflı məlumatlar əldə edə bilmələrinə, hətta sosiallaşmalarına imkanlar yaratmaqdan ibarət olur.

Tədbirin gedişi zamanı həmkarlar ittifaqlarının iş fəaliyyətləri haqdahər kəsə ətraflı məlumatlar verildi, sahibkarlar birbiri ilə yaxından tanış oldular, eyni zamanda onlar bir neçə işgüzar müqavilələr də imzaladırlar. Keçirilən tədbirdə ixtisasca psixoloq olan Ramil Nəcəflinin, trofalinq ustası, 60 saniyə ərzində insanı tanıma sənəti üzrə peşəkar mütəxəssis Təbriz Hacıniskinin və Dəmir Yol Həmkarlar İttifaqının nümayəndəsi, ixtisasca hüquqşünas olan Araz Əsədlinin və digər şəxslərin maraqlı və məzmunlu çıxışları, hər kəsin diqqətini cəlb etdi.
Bütün bunlar onu sübut edir ki, Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsi iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, sahibkarlara məxsus problemlərin aradan qaldırılmasına çalışan və digər işgüzar addımlarını atan bir qurumdur. İnanırıq ki, adı çəkilən qurumun bu yöndə fəaliyyəti digər qurumlar üçün bir örnək olacaq və ümumi problemlərimizin həllində lazımi addımlarını da atacaq.

 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar