Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıqabulda “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı oldu - Yenilənib

Aprelin 20-də Hacıqabul rayonunda “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının təqdimatı olub.

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Agro Dairy” MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib.

“Agro Dairy” MMC-nin nümayəndəsi: Sizin tapşırığınıza əsasən keçən ildən Samuxda biz təcrübəmizi digərləri ilə bölüşürük.

Prezident İlham Əliyev: Bəli, mən demişdim ki, bu təcrübəni başqa təsərrüfatlara da ötürün. Edirsiniz onu?

“Agro Dairy” MMC-nin nümayəndəsi: Bəli, cənab Prezident, edirik. Keçən ilin oktyabrında biz Hacıqabulda təlim mərkəzi tikdik və payız əkinindən əvvəl fermerləri dəvət etdik, özümüz onları gətirdik və onlara təlim keçdik. Hazırda yazlıq əkinlərinin başlanması ilə əlaqədar biz təlimləri yenidən təşkil etmişik.

“Agro Dairy” MMC-nin Aqronomlar Şurasının rəhbəri Kristof Hartiq işğaldan azad edilmiş AğdamFüzulidə olduqlarını bildirdi, bu rayonların torpağının münbit olduğunu qeyd etdi. Dedi ki, lakin ermənilərin torpağı pis vəziyyətə salıblar. Orada torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.

Qeyd edək ki, aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. İqtisadiyyat Nazirliyi tərəfindən “Agro Dairy” MMC-yə taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bu sənədlə MMC 23,4 milyon manat məbləğində ƏDV-dən və gömrük rüsumlarından azad edilib.

Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir. Toxum emalında yeniliklərə gəldikdə isə, “Plug & Play” texnologiyasının ölkəmizdə tətbiqinə başlayıb. Layihələrin uğurlu icrası ilə toxum idxalından asılılığının azalacağı gözlənilir.

Fotolar

***

Aprelin 20-də Hacıqabul rayonunda “Aqro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar