Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hacıqabul gölünün bərpası üçün komissiya yaradılır

Bu gün Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Bu barədə MM-in mətbuat xidməti məlumat yayıb.

Komitənin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub.

İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi məsələsi öz əksini tapıb.

Su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

"Azərbaycan kişisinin arvad tərəfə yıxılması tarixi o vaxtdan başlayır"

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar