Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxda iki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qax rayonunda iki uşağın göbələkdən zəhərlənərək ölməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Göbələkdən zəhərlənərək hazırda Bakıda müalicə olunan Mübariz Qasımovun yeznəsi Seymur Hacızadə APA-ya bildirib ki, qayınatası M. Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qardaşı oğlu 9 yaşlı İbrahimxəlil Qasımzadə oktyabrın 17-si axşam saatlarında evlərində kənd ərazisindən yığılmış göbələk yeyiblər.

Oktyabrın 18-i səhər saatlarında onlar zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət ediblər. Xəstəxanada onların mədələri yuyulub, vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar. Onlarda gün ərazində zəhərlənmə əlamətləri davam edib, özlərini narahat hiss ediblər. Oktyabrın 18-dən 19-na keçən gecə hər üç şəxsdə zəhərlənmə əlamətləri daha da artıb. Oktyabrın 19-u səhər saatlarında M. Qasımov, Murad Qasımlı və İbrahimxəlil Qasımzadı yenidən Qax RMX-yə müraciət ediblər. Onlarda kəskin zəhərlənmə əlamətləri olduğu üçün həmin gün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

Qeyd edək ki, M. Qasımlı və İ.Qasımzadə Respublika Toksikologiya Mərkəzində ölüb, M.Qasımovun vəziyyəti orta-ağır qiymətləndirilir.

***

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

***

Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan digəri də vəfat edib.

PİA.az-ın mlumatına görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu Klinik Tibbi Mərkəzin Tokiskologiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daha sonra xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.(Oxu.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ən çox oxunanalar