Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələni vurur, gedəni vurur: “Prius” sürücülərinə zərbə

Sürücülər sığorta şirkətlərindən narazıdırlar.

Onlar bildirirlər ki, sözügedən şirkətlər kiçik mühərrikli maşınları onlayn sığorta etmirlər. Bunu etməməkdə səbəb həmin maşınların risk qrupuna aid olmalarıdır. Hətta iddia edilib ki, “Toyota Prius” markalı avtomobili sırf modelinə görə onlayn sığorta etmirlər.

Sığorta eksperti Əli Bayramov açıqlamasında bildirib ki, qanunvericilik heç bir sığorta şirkətinə bu hüquqi verməyib:

“Avtomobillərin icbari sığortası lisenziyası varsa, heç bir şirkət bunu etməkdən imtina edə bilməz. Nəqliyyat vasitəsinin sığortalanmaması kameralar vasitəsilə qeyd edilir və dərhal elektron şəkildə şəxs barəsində inzibati xəta protokolu tərtib olunur.

Bu, böyük bir problemdir. Sığorta şirkətləri öz öhdəliklərini icra etməlidir və icbari sığorta yazmaqdan imtina etməməlidirlər”.

O qeyd edib ki, dövlət tərəfindən məsələ nəzarətə götürülməlidir:

“Təəssüf ki, gün keçdikcə bu problem dərinləşir. Sığorta haqları yenidən hesablanmalıdır ki, problem həllini tapsın”.

İcbari Sığorta Bürosundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müraciət alan şirkətlər icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər:

“Bu hal mövcud sığorta qanunvericiliyində öz əksini tapıb. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.

Qeyd edilib ki, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz:

“Eyni zamanda, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar