Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Göylər kəndində atılmış yataq tullantıları koronavirus xəstələrinə aid deyil

"Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb və sözügedən əraziyə baxış keçirilib"...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərəö görə, baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb: "Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil.

Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq, əhalidə narahatlığa şərait yaradan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı rayon polis şöbəsinə müraciət olunub.

ETSN-nin əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır".

pia.az


Etiket: ETSN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar