Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etiraf zamanıdır!

Eldar SABİROĞLU

Qarabağ hər il yox, hər ay bizdən uzaqlaşır. Təəssüf ki, belədir. Və həm də çox təəssüf ki, barışmış kimiyik.

Qaraqışqırıqla düzəlməz işlər! 30 ildir torpaqlar işğal altındadır. Deyiləsi, yazılası söz qalmayıb. Başqasını bilmirəm, 42 ilin qələm adamı olaraq Qarabağın qara baxtı ilə bağlı artıq söz tapıb ağ kağıza köçürməyə acizlik çəkirəm. Söz də qeybə çəkilib. Əvəzində can qurtaran və üzündən-gözündən iblislik yağan bir fikri(!) meydan şüarına çevirmişik: hədəfimizdə İrəvan dayanır! Bəlkə Qarabağı geri qaytaraq, sonra İrəvana, Göyçəyə, Dərələyəzə, Zəngəzura, Vedibasara, Zəngibasara gedərik(!?).

Harda dayanmışıq, hansı bataqlıqdayıq? İstəyimiz, düşündüyümüz budursa, yazıqlar olsun. Qarabağ boyda yep-yekə bir problemi ilişdiriblər, bizsə utopiyadan danışırıq. Görünür, camaatın başını qatmağa gərək var.

Deyə bilərsiniz ki, MN-də xidmət edərkən və ya ondan əvvəl parlamentdə, YAP-da olarkən belə danışmırdın. Haqlı iraddır. Etiraf edirəm. İnsan üçün stol əsiri olmaqdan əzablı həyat yoxmuş…

Həqiqət və vəzifə anlayışları Azərbaycanda nadir hallarda nadir şəxslərin timsalında bir-birinə uyğunlaşıb. Əksərən vəzifə ehtirası həqiqətə qənim kəsilib. Məsələn, oğlum Rüfət vəzifənin əsirinə çevrilməyib həbsxana həyatını daha üstün saydı, mən isə ifrata varmasam da, bəzən həqiqəti söyləmək üçün vətəndaş cəsarəti nümayiş etdirə bilmirdim. Bu sərbəstliyin dadını almaq üçün bir-iki cəhddən sonra elə təzyiqlə qarşılaşdım ki, özümü yığışdırmağa məcbur oldum, daha dərinə getmədim. Siyasi sistemin bir ailədə – ata və oğula göstərdiyi fərqli təsirin parlaq nümunəsi…

Haşiyəmin mövzuya ola bilsin aidiyyatı olmasın, amma yox da deyil. Lütfkar oxucu yəqin ki, fikrimi anlamaqda çətinlik çəkməz… Ancaq indikilər kimi düşünsəydim indi iş başında idim. Etiraf zamanıdır. Saxtakarlıqla, yalan və yaltaqlıqla ömür sürməyi dayandırın. Gənc nəsli də özünüz kimi tərbiyə etməyin!

Nə isə… qayıdaq Qarabağa. Onun xilasının iki yolu var: ya müharibə, ya da beynəlxalq birliyin ciddi təzyiqi. Üçüncü yol yoxdur. Bəla burasıdır ki, nə müharibəyə qoyurlar, nə də işğalçıya bir təzyiq var. Problemin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun 25 il ərzində hansısa müsbət və ədalətli fəaliyyətini xatırlaya bilərik?! Yad vermir belə bir şey. Əksinə, hiyləgərcəsinə təcavüzkar Ermənistan dövlətini müdafiə edərək vəziyyəti məhz dondurulmuş halda bu günə qədər gətirib çıxarmışlar. Ona görə də Ermənistan işğalçı siyasətini arxayın şəkildə davam etdirməkdədir.

Paşinyan artıq Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirir və bu yaramaz siyasi davranışa qarşı bir beynəlxalq təşkilatın səsi eşidilmir. Təəccüblənməyə dəyməz. Günün birində Sarkisyanı yıxıb yerinə “gətirdiyimiz” Nikol Paşinyan Ermənistan hökumətinin qərargahını Xankəndinə köçürə bilər.

Paşinyan təzəcə hökumətin başına gəlmişdi. Azərbaycan televiziyasında bir dəstə adam onun dövründə siyasətdə, xüsusilə Azərbaycanla münasibətlərdə yeniliklər gözlədikləri barədə gülməli proqnozlar irəli sürürdülər. Hələ də içərimizdə Qarabağ probleminin nizamlanmasında hansısa erməni liderin ədalətli mövqe tutacağına inananlar var. Ermənini bir millət kimi hələ də tanımamışıq. Onlar içəridə br-biri ilə savaşa bilərlər. Necə ki, Paşinyan bu gün Sarkisyan, Koçaryanla amansız savaş aparır. Əgər sabah Qarabağ məsələsində erməni siyasətinə cavab verməyən bir ciddi iş meydana çıxarsa, onlar düşmənçiliyi kənara qoyub eyni masa arxasında oturmağı bacarırlar.

Bəs bizdə necədir? Bu haqda danışmasaq yaxşıdır. Şəxsi maraqlar “aşiqləri” milli düşüncəmizə baltanı elə saplayıblar ki, bizə özgə düşmən lazım deyil. Özümüzün özümüzlə saray naminə apardığımız dava kifayət edər. Fərqimiz bax burdadır…

Düşmən Qarabağ torpaqlarında əkib becərməklə məşğuldur. Hətta yetişdirdiyi kənd təsərrüfatı məhsullarnı bazara çıxarıb satır və qazanc əldə edir. Mülki əhalinin içərisində Qarabağla əlaqədar söhbət getmir.

Sanki hər şey bitib qartarıb…(azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar