Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğandan bəyanat: "Başlarını itirəcəklər"

Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İrana çağırışla müraciət edib...

“Mən, yenidən Rusiyaya və İrana müraciət edirəm - Türkiyənin Suriyada sizinlə problemi yoxdur” - deyə, Türkiyə lideri martın 2-də Ankarada bəyan edib («Anadolu»).

Onun sözlərinə görə, Türkiyə, onun İdlibdə «qan tökülməsi məsələsində» həssaslığını zəiflik kimi anlayanlara güc nümayiş etdirir.

“Türkiyə fəaliyyətində öz resurslarına və xalqının dəstəyinə söykənir. Hansısa bir ölkənin və ya strukturun köməyinə ümid bəsləmir. Türkiyə uzaqgörən olmayan dairələrə göstərdi ki, böyük dövlətdir və təzyiqlərə boyun əymir”, - Ərdoğan bildirib.

Martın 1-də Suriyanın şimal-qərbində start götürən «Bahar qalxanı» əməliyyatını şərh edərkən, Ərdoğan söyləyib ki, Bəşər Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri «yalnız başlanğıcdır».

O, bir daha xəbərdarlıq edib ki, əgər Əsəd qüvvələri Soçi razılaşması (2018) ilə müəyyən olunmuş İdlib təhlükəsizlik zonası sərhəd xəttinə çəkilməsələr, tezliklə «başlarını itirəcklər».

Ərdoğan əlavə edib ki, Türkiyə İŞİD terror təşkilatının, PKK-nın və terrorçu Fətulla Gülən cərəyanının yolunu bağladığı kimi, eynilə Əsəd rejimini də dayandıracaq.

Prezident Türkiyədən Avropaya istiqamət götürmüş qeyri-leqal miqrantların sayının artması barədə xəbərləri şərh edərkən deyib: “Türkiyənin sərhədlərinin açılması anından, Qərbə doğru yüz minlərlə insan hərəkətə keçib. Tezliklə bu göstərici milyona yüksələcək”.

Ərdoğan bildirib ki, Türkiyə bundan sonra Suriya qaçqınlarının yükünü öz üzərinə götürməyəcək və miqrant məsələsində birtərəfli güzəştlərin vaxtı arxada qaldı.

Ankara NATO üzrə müttəfiqlərinin nümunəsinə üstünlük verərək, Rusiyaİrana - Astana prosesi üzrə həmkarlarına təzyiqləri gücləndirir və onları Bəşər Əsəd hökumətini müdafiə etməkdən çəkinməyə çağırır.

Qeyd olunur ki, Moskva və Tehran İdlibdə Əsədə dəstək istiqamətində hərbi fəaliyyətlərini dayandırmasalar, bütün nüfuzlarını itirəcəklər.

Türkiyənin müdafiə naziri Hülusi Akar martın 2-də Suriya hökumət qüvvələrinin itkilərini («Bahar qalxanı» əməliyyatının iki günündə) elan edib.

Məlumata görə, iki təyyarə, 8 vertolyot və 2 PUA vurulub, 135 tank, 5 HHM sistemi, 86 artilleriya qurğusu, 77 zirehli avtomobil, 9 silah-sursat anbarı «neytrallaşdırılıb. Əməliyyatın ilk iki günündə 2557 nəfər Əsəd tərəfdarı məhv edilib. (AzPolitika.info)

pia.az

 


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar