Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyülən, yandırılan, üzünə turşu atılan, bıçaqlanan qadınlar... - Azərbaycanda nə baş verir?

Türkiyədə baş vermiş Emine Bulut cinayəti sosial medianı ayağa qaldırdı. Qadının azyaşlı qızının gözü önündə boğazının kəsilməsinə heç kim reaksiyasız qala bilmədi. Bu hadisə qadınlara qarşı zorakılıq və cinayət hadisələrinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu

Elə öz ölkəmizdə təkcə avqust ayı ərzində qadına qarşı 10-dan çox cinayət hadisəsi baş verib. Bunlardan ən dəhşətlisi Şəmkirdə baş vermiş hadisədir. Şəmkirdə bir ev yanaraq, kül olub. Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar nəticəsində məlum olub ki, evi 5 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. M. Məsimova bildirib ki, gecə saat 01.00 radələrində E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb. Bir neçə gün sonra isə bədəninin 70%-i yanmış Məsimova Mətanət yerləşdirildiyi xəstəxanada vəfat etdi.

Digər hadisə Bakının Nəsimi rayonunda baş verib. Gəncə sakini, paytaxtın Nəsimi rayonunda kirayədə yaşayan 1977-ci il təvəllüdlü A.B. qeyri-rəsmi birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb. O, bununla bağlı Nəsimi rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 24-də kirayə yaşadığı evdə, 1999-cu il təvəllüdlü, Yasamal rayon sakini Aslan Qurbanlı ona bıçaqla çoxsaylı xəsarət yetirib. Belə ki, A. Qurbanlı sevgilisindən ona su verməsini istəyib. Qadın suyu vermədiyinə görə, A. Qurbanlı ona bıçaqla hücum edib. Nəticədə kürək nahiyəsindən, döş qəfəsindən, baş və yanaq nahiyəsindən xəsarət yetirərək evi tərk edib.

Hamilə qadınlara qarşı edilən cinayət hadisələri də az deyil. Bunlardan biri Qaxın Turaclı kəndində baş verib. Xəstə Mərkəzi Xəstəxanaya daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub. Qeyd edilir ki, qadının huşu özündə olmayıb. Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.

Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay isə ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadına qarşı şiddət tətbiq edən keçmiş ərlər arasında bunu soyğunçuluq məqsədi ilə edən də olub. Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova bölməyə şikayət edərək bildirib ki, iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman ərinin hücumuna məruz qalıb. M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edərək onlara xuliqanlıq zəmində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.

Daha bir qadın cinayəti Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfova Fəridə Mayıl qızı qarın boşluğundan bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilib.

Bakıda gənc ailədə başlayan münaqişə sonda qızı ilə yanaşı qaynananın da ölümcül döyülməsi ilə nəticələnib. Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır. Hadisə ər arvadın aralarında yaranan mübahisə ilə başlayıb. Daha sonra G.Abdullayevin evi tərk edərək, uşaqları ilə birgə anasının yanına gəlib. E.Bayramov onları telefonla hədələməklə qalmayıb, qaldıqları evə hücum çəkərək, öz həyat yoldaşını və qaynanasını ölümcül döyüb.

Paytaxtın Nəsimi rayonu ərazisində 42 yaşlı qadın bıçaqlanıb. Bu barədə Bakının Nəsimi Rayon Polis İdarəsindən məlumat yayıb. Məlumata əsasən, avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində ev kirayələyən Sumqayıt sakini Sevinc Qənimovaya münaqişə zəminində çoxsaylı bıçaq zərbəsi endirilib. Cinayətkar qadını kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb.

Ev dustaqlığına məhkum edilmiş kişi öz keçmiş xanımının üzünə turşu atıb. Nəticədə, qadın hər iki gözündən kor olub. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Cinayət 16 avqustda, axşam saatlarında, qeyd olunan rayonun Polis İdarəsinin 7-ci bölməsi ərazisində törədilib. Ağır bədən xəsarəti yetirilən qadın Məmmədova Naibəxanım Vaqif qızıdır.

Bakıda 29 yaşlı qadın bıçaqlanıb. Hadisə Sabunçu rayonunda baş verib. 1990-cı il təvəllüdlü Gülməmmədova Ramilə Hafiz qızı bıçaq xəsarəti alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib. R.Gülməmmədovanın vəziyyətinin stabil olduğu bildirilir.

Bakıda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb. Hadisə Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib. Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası diaqnozu qoyulub.

Hadisələrə nəzər yetirdikdə, qadın cinayəti ilə nəticələnən hadisələrin bir çoxunun ailə daxili münaqişələr çərçivəsində baş verdiyinin şahidi oluruq. Şiddətə məruz qalan qadınların çoxu isə gənc yaşda olanlardır. Onu da qeyd edək ki, diqqətinizə çatdırdığımız hadisələr çox səs-küy yaradan, müzakirələrə səbəb olanlardır. Gözümüzdən yayınan, medianın xəbər tuta bilmədiyi neçə-neçə cinayətlər baş verməyə davam edir. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar