Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinlilər Mark Zukerberqin də kürəyini yerə vururlar - Gizli səsyazma ortaya çıxıb...

Sosial şəbəkə yaradıcısı “Tik-Tok”u əzmək üçün yeni planlar qurur: Sosial media nəhənginin yeni planlarından biri də müstəqil şəkildə fəaliyyət göstərən “Lasso” platforması olacaq...

Anthony Cuthbertson
“The Independent” qəzeti, Böyük Britaniya, 6 oktyabr 2019-cu il

“Facebook”un yönəticilərinin bir toplantısndan gizli yazısı yayılıb. “Facebook”un yönəticilərinin Mark Zukerberqlə olan söhbətindən belə çəıxər ki, Zukerberq olduqca məşhur olan çinli rəqibi “Tik-Tok”la rəqabətə girmək üçün bir “hücum planı” hazırlayır. İyul ayında keçirilən iki toplantıda Zukerberq yönəticilərin texnologiya nəhəngi barədə suallarını cavablandırıb. “The Verge” qəzetinin əlinə keçən səsyazmada Zukerberqin “Tik-Tok”u məğlub etmək üçün qurduğu planın detalları açıqlanıb.

Video paylaşma platforması olan “Tik-Tok” 2016-cı ildən bu yana sürətlə böyüyür və bu programı təkmilləşdirən “ByteDance” şirkəti iddia edir ki, “Tik-Tok”un dünya miqyasında 500 milyona yaxın istifadəçisi var.

Bu, “Facebook və “Instagram”, “Messenger” və “Whatsapp”dan ibarət olan “Facebook” proqramlar qrupunun şəbəkələrindən istifadə edən 2,7 milyard insanla müqayisədə nisbətən kiçik bir göstəricidir. Lakin bu tətbiqin gənclər arasındakı populyarlığına görə yönəticilərdən biri Zukerberqə istifadəçilərin çinli rəqibin tərəfinə keçməsinin qarşısını almaq üçün “Facebook” hücum planı barədə suallar verib. Zukerberq isə belə cavab verib:

““Tik-Tok” istifadəçi sayına görə Hindistanda artıq “İnstagram”ı ötüb keçib. Bəli, çox maraqlı hadisədir. Buna görə də, bununla bağlı atmalı olduğumuz bir neçə addım var. Hal-hazırda üstündə işlədiyimiz “Lasso” adlı bir proqramımız var və bu, Meksika kimi ölkələrdə məhsul-bazar uyğunluğu yaratmağın ilk addımlarından biridir”.

“Facebook” keçən günlərdə “Lasso”nu “Tik-Tok”un hələ ortaya çıxmadığı ölkələrdən biri olan Meksikaya təqdim edib. Bu proqramı qlobal izləyicilərə təqdim etməzdən əvvəl Meksikada test etmək istədiyini bildirən Zukerberq: “Məncə, öyrənmək, anlamaq və trendi qabaqlamaq üçün hələ də zamanımız var. TikTok böyüyür, amma onun reklamı üçün çox pul xərcləyirlər”, deyib.

Zukerberq sözlərinə əlavə edib:

“Öyrəndiyimizə görə, əgər reklamlara son qoysalar, müştəriləri əllərində saxlaya bilməyəcəklər. Ona görə də, bu sahə hələ yeni yaranır və bizim üçün burada işlərimizi yoluna qoymaq üçün vaxtımız var. Amma bu reallıqdır və yaxşı bir şeydir”.

CEO mübahisəli “Libra” kripto pul vahidi də daxil olmaqla, şirkətin üzləşdiyi digər problemləri də əsas götürüb.

Dünyanın bəzi bölgələrində qanun qoyanların və hazırlayanların yeni pul vahidi barədə suallarını niyə cavablandırmadığını da qeyd edən Zukerberq: “Tələb edən hər ölkəyə gedib açıqlama vermək mənə, həqiqətən mənasız gəlir”, deyib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar