Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə AzərbaycanRusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Rusiya tərəfinin Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.

İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən AzərbaycanErmənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar