Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cərrah xəstənin belində neştərini unutdu 

Türkiyə səhiyyəsini silkələyən məhkəmə

Türkiyənin Dənizli ərazisində özəl xəstəxanaların birində əməliyyat olan Sevgi Süllerli 6 il sonra xəstəxanadan və əməliyyatı icra edən həkimdən şikayət edib.

Pia.az medicina.az-a istinadən bildirir ki, qadın iddiasına görə, əməliyyat zamanı belində neştər ucu qalıb. 6 il şiddətli ağrılarla mübarizə apardığını deyən qadının sözlərinə görə, belinə maqnit qoymaqla bu qənaətə gəlib.

İzmirdə xəstəxanaların birində aparılan müayinələr zamanı S.Süllerlinin belində 1 sm metal olduğu təsdiqlənib. İki uşaq anası 2013-cü ildə belindəki dözülməz ağrılardan dolayı xəstəxanaya müraciət edib. Aparılan yoxlamalrdan sonra ona bel yırtığı diaqnozu qoyulub. Təcili əməliyyat təyin edilib. Bundan sonra qadına Dənizlidə başqa bir xəstəxanada cərrahi müdaxilə edilib.



Əməliyyatdan sonra da ağrıları heç azalmayan qadının hərəkətlərində də qüsurlar yaranmağa başlayır. Sevgi xanım səhhətindəki bu problemdən dolayı övladlarına baxa bilməyib. Öz valideynlərinin yanına köçən qadın ağırlarla mübarizə apardığı ərəfədə təkrar eyni xəstəxanaya müraciət edib. Orada ona rentgen yoxlaması edilib. Cavab olaraq bu ağrıların tikişlərin yeri ilə bağlı olduğu deyilib.

Sevgi Süllerli: "Ağlıma gəldi ki, belimdə bint, iynə və yaxud hər hansı metal qalıb. Çünki bu tip xəbərləri televiziyalardan və yaxud sosial mediadan eşidirdim. Xəstəxanaya yoxlamalara getdiyimdə üzərimdə heç bir metal olmadığı halda siqnal verirdi. Daha sonra ağlıma belə bir şey gəldi ki, özüm bunu yoxlayım. Soyuducunun üzərindəki maqniti götürüb belimə qoydum. Gördüm yapışır. Bundan sonra bunu həkimin gözü qarşısında etdim, təəccübləndi. Əməliyyat olduğum xəstəxanaya və həmin həkimin yanına getdim. İddialarım öz əksini yenidən tapdı. Həkimimdən və xəstəxanadan məhkəməyə şikayət etdim".



Müayinələrdə dərinin altında 1 santimetrlik metal olduğu haqqında arayış hazırlanıb. İlkin olaraq ehtimal edilib ki, iynə ucu və yaxud, neştər ola bilər. Rentgen müayinəsi və digər yoxlamalar sənəd formasında məhkəməyə təhvil verilib. Bütün sənədlər toplandıqdan sonra məhkəmə təkrar əməliyyat olunması barədə qərar qəbul edib.

Qarşı tərəf isə əməliyyatı onun etmədyini deyib:
"Həmin pasiyent bir dəfə mənim qəbulumda olub. Müayinə etdim və ondan sonra görüşməmişik. Həmin əməliyyatı mən etməmişəm. Başqa həmkarım icra edib. Belində hər hansı bir şey yaddan çıxıb qalıb iddiasına isə heç nə deyə bilmərəm. Düzgün çıxmaz."

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar