Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞBPİ-nin mətbuat katibi: “Dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var”

“Bakı üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır və kampaniya xarakteri daşımır. Paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir”

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, təkçə ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq, yaşadıqları rayonlara göndərilib. Polis mayoru bildirib ki, azyaşlıların, qadınların, “sağlamlıq imkanı məhdud olması” görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməkdir: “Adətən, kücədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaq-yalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla, teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur”.

O, diqqətə çatdırıb ki, ümumiyyətlə, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər: “Elm də deyir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.

Bununla bağlı elmi, praktik təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, “dilənçi görkəmi” cinayətkar üçün komufilyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunverciliyində, xüsusilə Türkiyə və İtaliya Respublikasında dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ən çox oxunanalar