Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMTM-in sədrinin xarici səfərləri şəxsi hesabına həyata keçirilib” – Təkzib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat katibi: “Nə mərkəzin sədri, nə də əməkdaşlar maaş və ya digər məvacib almayıblar”

Dünən PİA.az saytında “Fərid Şəfiyevin işçiləri 5 aydır maaş ala bilmir, özü isə...” adlı məlumat dərc edilib. Həmin məlumatla bu linkdən tanış ola bilərsiniz.

http://pia.az/ferid-sefiyevin-iscileri-5-aydir-maas-ala-bilmir,-ozu-ise...-309941-xeber.html

Bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat katibi Məlahət Nəcəfova saytımıza təkzib məktubu yollayıb. Təkzib məktubunu olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:

“Ötən gün pia.az saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar dərc edilib. Bildirmək istərdik ki, BMTM Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Ölkə başçısının 19 aprel tarixli fərmanı ilə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilib. İyulun 15-də BMTM-in büdcə və ştat cədvəli Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Mərkəzin cari hesabı avqustun 2-də Azərbaycan Beynəlxalq Bankının Səbail rayonu filialında açılıb. Bu günə qədər hesaba maliyyə vəsaiti köçürülməyib. Bununla əlaqədar nə mərkəzin sədri, nə də əməkdaşlar maaş və ya digər məvacib almayıblar. O cümlədən iddia olunanların əksinə, bu müddət ərzində BMTM-in sədrinin xarici səfərləri şəxsi hesabına həyata keçirilib. Səfərlər və ezamiyyələrlə bağlı göstəriş və icazələr Prezident Administrasiyası tərəfindən verilib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair səfərlər olub. Bu baxımdan BMTM-in sədri Fərid Şəfiyev aprelin 9-da BMT-nin Cenevrə bölməsində “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Beləliklə, heç bir əsası olmadan, faktlar yoxlanılmadan BMTM, o cümlədən Mərkəzin səfri Fərid Şəfiyev barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb. BMTM yarandığı ilk gündən şəffaflığı özünə prioritet seçib. Bu baxımdan Mərkəzin fəaliyyəti və digər təşkilati məsələlərlə ilə bağlı sədr Fərid Şəfiyev avqustun 2-də keçirdiyi mətbuat konfransında da məlumat verib. Təsadüfi deyil ki, bu informasiyalar məhz BMTM sədrinin mətbuat konfransı zamanı Mərkəzdə Ermənişunaslıq şöbəsinin yaradılacağı ilə bağlı bəyanatı və bu xəbərlərin erməni mətbuatında geniş ajiotaj doğurmasından sonra yayılıb. Eyni zamanda bildiririk ki, BMTM-in sədri Fərid Şəfiyevin Çexiyada biznesinin olmasına dair məlumatlar tamamilə uydurmadır.

Qeyd etmək istərdik ki, BMTM fəaliyyətini açıq şəkildə həyata keçirir. Fəaliyyəti və digər məsələlərlə bağlı bütün media qurumları ilə əməkdaşlıq etməyə hazırdır və bu strategiya bundan sonra da davam edəcək”.

Qeyd edək ki, təkzib olunan məlumat tərəfimizdən yoxlanılıb və doğrudan da işçilərin maaş almaması təsdiqlənib və bundan sonra dərc olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar