Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda tender qalibi “Vaqif” firmasının işini dövlət idarələri görür...

Asif Ağayevin göstərişi ilə rayon mərkəzində kanal qırağı salınan parkda Beyləqan rayon Kommunal Təsərrüfat İdarəsinin işçiləri tenderdə qalib olan şirkətin işini görürlər...

Beyləqandan PİA.AZ-a daxil olan məlumata görə rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin qalibi olan “Vaqif” firmasının işini Komunnal Təsərrüfat İdarəsinin işçiləri həyata keçirir. Belə ki, 1 milyonluq tenderin qalibi olan “Vaqif” firması hazırda rayonda abadlıq işləri ilə məşğuldur. Ancaq rayon mərkəzində kanal qırağı salınan parkdakı işləri “Vaqif” firmasının əvəzinə Asif Ağayevin tapşırığı ilə Komunnal Təsərrüfat İdarəsi həyata keçirir. Tikinti işlərinə cəlb edilən Komunnal Təsərrüfat İdarəsinin işçilərinə isə əlavə əmək haqqı verilimir. Məlumatda qeyd edilir ki, icra başçısı Asif Ağayevin göstərişi ilə rayon Kommunal Təsərrüfat İdarəsinin müdiri Arzu Bəndəliyev abadlıq işinə birbaşa nəzarət edir.

Verilən məlumatda qeyd edilir ki, bir milyonluq tenderin qalibi olan “Vaqif” firmasının hazırda həyata keçirtdiyi abadlıq-quruculuq işləri çox bərbad haldadır. Bunun bir səbəbi işlərin əksəriyyətinin Komunnal Təəsrrüfat İdarəsi işçilərinin gösməsi ilə bağlayırlar. İcra başçısı Asif Ağayev dövlət müəsissəsinin işçilərini işlətməklə “Vaqif” firmasının onlar üçün ayırdığı vəsaiti mənimsədiyi iddia edilir. Qeyd edək ki, bu il Beyləqan şəhərində abadlıq quruculuq işləri üçün keçirilən tenderin qalibi, icra başçısı Asif Ağayevin yaxın adamı olan, mal-qara bazarının müdiri Qəhrəman Qəhrəmanov olub. Beyləqan rayon icra hakimiyyəti ilə heç kəsin tanımadığı “Vaqif” firması ilə 1 milyon manatlıq müqavilə bağlanıb.

Ötən həftə ölkə mətbuatında “Vaqif” firmasının Beyləqanda gördüyü abadlıq işlərinin həddindən artıq bərbad olması barədə məlumat yayılmışdı. Həmin məlumatda vurğulanırdı ki, “Vaqif” firmasının rəhbəri Qəhrəman Qəhrəmanov bərbad abadlıq işlərinin günahını icra başçısı Asif Ağayevdə görür. Çünki icra başçısı 1 milyonluq tenderdən daha çox qazanc əldə etmək üçün görüntü naminə iş görülməsi tapşırığı verib.

Mövzuya qayıdacağıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar