Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub.
Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
pia.az