Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aztəminatlı ailələr üçün bank xidmətləri pulsuz olacaq... - Güzəştlər nədən ibarətdir?

Pandemiya dövründə kredit tətili elan olunmadığı halda “Baza bank xidmətləri” paketinin aztəminatlı insanların xərclərinin azalmasına hansısa bir təsiri olacaq?..

Bank üzrə mütəxəssis: “Məlumdur ki, pandemiya dövründə kreditlərə görə insanlara güzəşt və tətil elan edilmədi. Onu da qeyd edim ki, güzəşt edilməli olan kredit məbləğləri çoxdur. Amma indiki qaydaya görə aztəminatlı ailələrə yalnız pul köçürmələrində güzəşt edilə bilər”.

“Ola bilsin ki, aztəminatlı insan elektron qaydada kommunal xidmətlərini ödəyir, yaxud da banka gedib ödəyir. Bu ödənişlər zamanı da bank müəyyən məbləğdə pul alırdı. Yeni qaydaya görə isə həmin insanlardan bu pul alınmayacaq”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov aztəminatlı ailələrə banklar tərəfindən veriləcək güzəşti PİA.az-a şərh edərkən qeyd edib.

Əhalinin aztəminatlı təbəqəsinin bəzi bank xidmətlərindən pulsuz istifadə edə bilməsini nəzərdə tutan layihə hazırlanıb. Azərbaycan Mərkəzi Bankı və Banklar Assosiasiyasının birgə hazırladığı layihə “Baza bank xidmətləri” paketi adlanır. Aşağı gəlirli əhali qrupu üçün nəzərdə tutulan paketdən ilkin mərhələdə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslər yararlana biləcəklər.

“Baza bank xidmətləri” paketi özündə bir sıra güzəştləri ehtiva edir. “Baza bank xidmətləri” ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirmək, maliyyə inklüzivliyinin yüksəldilməsi və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirmək məqsədi daşıyır.

Layihə artıq banklara təqdim olunub, amma nə vaxtda iş düşəcəyi barədə məlumat yoxdur.

Pandemiya dövründə kredit tətili elan olunmadığı halda bu layihənin aztəminatlı insanların xərclərinin azalmasına hansısa bir təsiri olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Aztəminatlı ailələr üçün bank xidmətləri sahəsində yeganə istifadə edə biləcəyi sahə pul köçürməkdir. Aztəminatlı insan kimə pul köçürdəcək?”.

Bankların 3 əsas istiqamətdə xidmət göstərdiyini vurğulayan mütəxəssis PİA.az-a açıqlamasında əlavə edib ki, bu xidmətlərdən yalnız pul köçürmələri ilə bağlı aztəminatlı ailələrə güzəşt edilə bilər:

“Məlum olduğu kimi bank 3 əsas istiqamətdə xidmət göstərir. Bunlar əmanətlərin qəbul edilməsi, kreditlərin verilməsi və pul köçürmələridir. Aydındır ki, aztəminatlı ailələrin banka əmanət qoyması üçün pulları yoxdur. Əgər aztəminatlı ailələrin banka qoymağa pulu olsa belə, onsuz da əmanət qoyuluşu xidməti pulsuzdur və bank özü bu xidmətin haqqını ödəyir. Çünki banklar daha çox depozit cəlb etməkdə bilavasitə maraqlıdırlar. Kredit ödənişi bağlı isə məlumdur ki, aztəminatlı ailələrə onsuz da kredit verilmir və yeni güzəştlər layihəsində bu nəzərdə tutulmur.

Aztəminatlı ailələr üçün bank xidmətləri sahəsində yeganə istifadə edə biləcəyi sahə pul köçürmək qalır. Aztəminatlı insan kimə pul köçürdəcək? Ola bilsin ki, aztəminatlı insan elektron qaydada kommunal xidmətlərini ödəyir, yaxud da banka gedib ödəyir. Bu ödənişlər zamanı da bank müəyyən məbləğdə pul alırdı. Yeni qaydaya görə isə həmin insanlardan bu pul alınmayacaq. Yəqin ki, bu vəsaiti dövlət banka köçürdəcək. Amma həmin vəsait elə də böyük deyil.
Məlumdur ki, pandemiya dövründə kreditlərə görə insanlara güzəşt və tətil elan edilmədi. Onu da qeyd edim ki, güzəşt edilməli olan kredit məbləğləri çoxdur. Amma indiki qaydaya görə aztəminatlı ailələrə yalnız pul köçürmələrində güzəşt edilə bilər. Bu da hər bir halda pandemiya ilə əlaqədar olan iş deyil və bu layihəni aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan adekvat addım kimi qiymətləndirmək olmaz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

loading...

Ən çox oxunanalar