Sabirabad rayonunun Qalağayın kəndi ərazisində iyulun 6-da baş verən ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb...
PİA.az-ın xəbərinə görə, məlum olub ki, “Prado” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində ölən şəxslərdən biri - Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu 63 saylı Sabirabad I Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi vəzifəsini tuturmuş. A. Hüseynov “Prado”nu idarə edirmiş. (APA)
pia.az