Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?

Statistika Komitəsi açıqladı

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1 faiz çox tullantı əmələ gəlib, onların 60,6 faizini bərk məişət tullantıları, 39,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il yaranmış 1756,1 min ton bərk məişət tullantılarının 31,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb, 68,5 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 162,2 milyon kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51 faizini təşkil edir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7 faizi istifadə edilib, 16,2 faizi ölkə daxilində satılıb, 0,9 faizi ixrac olunub, 12,4 faizi zibilxanalara atılıb, 42,8 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3 faiz çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.(Trend.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Ən çox oxunanalar