Çərşənbə, 19 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Hökumətin daxili istehlakda yanacaq və enerji qiymətlərini qaldırması üçün zəruri iqtisadi təlabat varmı?..

İqtisadçı-ekspert: “Əslində bu ilin yanvar ayında dizel yanacağının qiymətinin 34 faiz artması bu gün baş verən qiymət artımının əsas təməllərindən biridir”.

Azərbaycanda nədənsə dünya bazarlarına qiymətlərinin artırılması ilə paralel qiymətlər artır. Amma dünya bazarında qiymətlər ucuzlaşanda Azərbaycanda ucuzlaşma ilə bağlı qərarlar alınmır. Problem də bundan ibarətdir”.

Bu sözləri İqtisadçı-ekspert Natiq Cəfərli yanvar ayında dizel yanacağının qiymətinin qalxması xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, dizel yanacağının qiymət artımının ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək. Bəzi iddialara görə bu qərar yanvarın 1-dən sonra dizelin qiymətinin kəskin qalmasından sonra tətbiq ediləcək. İddialara görə hökümət yanvar ayından dizelin qiymərini 0,90 qəpiyə, Aİ92 benzinin qiymətini isə 1,30 manata qaldırmağı planlayır.

Ümumiyyətlə hökumət ölkədəki qiymət artımını xarici faktorla izah etsə də, bilirik ki, son bir ildə yanacağın, elektrik enerjisinin, qazın və suyun qoymətinin artırılması əsas rol oynayıb və oynamaqdadır.

Hökumətin daxili istehlakda yanacaq və enerji qiymətlərini qaldırması üçün zəruri iqtisadi təlabat varmı və bu siyasət ümumilikdə iqtisadiyyatın stimullaşmasına və inkişafına necə təsir edir? Eyni zamanda dizelin qiymətinin kəskin qalxması daxili bazarda kənd təsərrüfatı və digər istehlak mallarının qiymətlərinin qalxmasına hansı səviyyədə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Yanvar ayında növbəti dəfə belə bir addımın atılması Azərbaycanda infilyasiyanı kəskin şəkildə artıra bilər. Həmçinin qiymət artımını daha da artıra bilər”.

Dizel yanacağınln iqtisadiyyatın və logistikanın formalaşmasında kifayət qədər paya malik olduğunu vurğulayan ekspert əlavə edib ki, belə bir addımın atılması məntiqsiz olardı. Çünki indiki dövrdə hökumətin əsas vəzifəsi infilyasiyanı cilovlamaq, qiymət artımının qarşısını almaq üçün tədbirlər görməlidir:

“Əslində bu ilin yanvar ayında dizel yanacağının qiymətinin 34 faiz artması bu gün baş verən qiymət artımının əsas təməllərindən biridir. Çünki aqrar sahədə kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının istehsalı və daşınmasında dizel yanacağının payı kifayət qədər yüksəkdir. Aqrar sahədə isə təqribən 40-45 faiz, bəzi hallarda dizel yanacağı maya dəyərinə təsir göstərir.

Bu il yanvar ayında dizel yanacağının qiymətinin birdən birə kəskin artması bu il ərzində dalğavari şəkildə bir çox sahələrdə qiymət artımına təsir göstərən əsas amillərdən birinə çevrilib. Buna görə də üzümüzə gələn yanvar ayında növbəti dəfə belə bir addımın atılması Azərbaycanda infilyasiyanı kəskin şəkildə artıra bilər. Həmçinin qiymət artımını daha da artıra bilər. Buna görə də belə bir addımın atılmasına ən azından inanmaq istəmirəm.

Dizel yanacağı iqtisadiyyatın və logistikanın formalaşmasında kifayət qədər paya malikdir. Hətta əkin, biçin, məhsullarının daşınmasına qədər dizel yanacağının istifadə olunur. Buna görə də belə bir addımın atılması məntiqsiz olardı. Çünki indiki dövrdə hökumətin əsas vəzifəsi infilyasiyanı cilovlamaq, qiymət artımının qarşısını alacaq tədbirlər görməlidir.

Əgər belə yanvar ayında dizel yanacağının qiymətinin artırılması addım atılacaqsa, bu əks effekt verəcək. Kifayət qədər infilyasiyanı surətləndirən də amilə çevriləcək.

Natiq Cəfərli: “İndi dünya bazarında baş verən prosesləri bəhanə edərək növbəti dəfə ölkə daxilində istehlak üçün nəzərdə tutulan yanacaq növlərinin qiymətinin artırılması doğru olmaz”.

Azərbaycanda qiymət artımın olanda hökumətin əsas arqumenti xaricdə baş verən proseslər olur. Azərbaycanda dizel yanacağı və 92 markalı benzinin qiyməti premium və 98 markalı benzindən fərqli olaraq dövlət tərəfindən tənzimlənir. Hər iki sahədə də artım hər dəfə dünyada gedən proseslərlə izah olunur. İndiki dövrdə isə neft qiymətlərindən kəskin artım yoxdur ki, bu hansısa formada may dəyərinə və qiymətlərin artımına təsir göstərin. Bu gün neft qiymətləri bu ilin yanvar ayı səviyyədədir.

İndi dünya bazarında baş verən prosesləri bəhanə edərək növbəti dəfə ölkə daxilində istehlak üçün nəzərdə tutulan yanacaq növlərinin qiymətinin artırılması doğru olmaz. Ona görə doğru olmaz ki, Azərbaycanda nədənsə dünya bazarlarına qiymətlərinin artırılması ilə paralel qiymətlər artır. Amma dünya bazarında qiymətlər ucuzlaşanda Azərbaycanda ucuzlaşma ilə bağlı qərarlar alınmır. Problem də bundan ibarətdir.

Ola bilər ki, gələn il neft qiymətləri 60 dollar və aşağı qiymətə düşsün. Bu zaman Azərbaycan hökuməti dizel yanacağı və 92 markalı benzinin qiymətini ucuzlaşdırmalıdır. Amma belə bir addımları biz heç vaxt görmürük. Buna görə də indi elə bir zərurət yoxdur ki, yanvar ayından enerji daşıyıcılarının, o cümlədən dizel və 92 markalı benzinin qiymətində dəyişiklik edilsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib - Yenilənib

Elçin Babayevin həyat yoldaşı: "Yaxşı və dəyərli həkimlərin reklama ehtiyacı yoxdur!"

Banklar niyə dollar satmır? - Əkrəm Həsənovdan şərh

Zakir Qaralov Azərbaycanı birdəfəlik tərk edib? – İddia

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb - Yenilənib

Nazarbayev: "Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi"

İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamların pərdəarxası məqamları....

İlham Əliyev Putinlə Qazaxıstan, Ukrayna və Qarabağı müzakirə edib

Dərslikdə 20 yanvar rəzaləti: Təhsil Nazirliyi hara baxır? - Foto

“Ümid” partiyasının ümidləri Avropa İnsan Haqları Məhkəməsində doğrulmadı?

Müharibə astanasında: Rusiya diplomatlarını təxliyə edir

Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıb

Ən çox oxunanalar