Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Üç günü əhatə edəcək turun açılış matçında çempionatın debütantı "Sabah" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək.

Komandalar arasındakı ilk dövrədəki oyunda flaqman qələbə qazanıb - 2:0. "Sabah" turnir cədvəlində 17 xalla dördüncü, "Neftçi" isə 29 xalla birinci pillədə qərarlaşıb.

Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi mövsümdə ilk dəfə "Kapital Bank Arena"da oyuna çıxacaq. Arena bu vaxta qədər təmirdə olduğu üçün "Sumqayıt" ev oyunlarını paytaxtda keçirib. Komandalar indiyədək çempionatda 5 dəfə qarşılaşıblar və eyni sayda - 2 dəfə qələbəyə seviniblər. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 4:4 Son iki oyunun hərəsində 2 qol vuran "Səbail" qalib gəlib. "Gənclik şəhəri" təmsilçisi isə öz meydanında rəqibini məğlub edə bilməyib. "Səbail" 20 xalla üçüncü, "Sumqayıt" isə 11 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqasında, XIII tur

1 dekabr (şənbə)

16:30. "Sabah" - "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

"Əlincə Arena"

İlk dövrə - 0:2

19:00. "Sumqayıt" - "Səbail"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Eldar Qasımov

"Kapital Bank Arena"

İlk dövrə - 0:2

Qeyd edək ki, turun digər matçı sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Tura dekabrın 3-ü keçiriləcək "Qarabağ" - "Keşlə" görüşü ilə yekun vurulacaq.(report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar