Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Çinə nar ixrac edəcək

Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verib

Çinin Şanxay şəhərində təşkil edilmiş “Sial China 2019” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonunun (Azpromo) təşkilatçılığı ilə qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 19 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.

ONA-nın Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində keçirilmiş görüşlərdə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb, bir sıra məhsulların ixracına dair razılığa gəlinib.

Belə ki, “Agro-Azərinvest” şirkəti nar şərabının, “Naiqin Ko Tovuz Baltiya” şirkəti nar şərabının və nar şirəsinin ixracına dair razılıq əldə edib, “Az-Granata” şirkəti isə şərab məhsullarının ixracına dair danışıqlar aparıb.

Bundan əlavə, Azərbaycanın “Aspi-Agro”, “Merit Brand”, “Caspian Coast Winery and Vineyards”, “Abşeron Şərab”, “Mərəndi”, “Naiqin Ko Tovuz Baltiya”, “Aznar”, “İsmayıllı Şərab 2”, “Cəlilabad Şərab-2” və “Şərq Ulduzu” şirkətlərinin istehsal etdikləri məhsullar Çin, Tayvan, Hong Kong, İsrail və digər ölkələrdən olan idxalçılar tərəfindən maraqla qarşılanıb, ixraca dair danışıqlar aparılıb.

Azərbaycanın qida məhsulları istehsalı ilə məşğul olan “Crispa Snacks”, “Camal LTD”, “BakuKonserv” şirkətləri məhsullarının Çin, Monqolustan, Sinqapur, Litvaya ixracına dair müzakirələr aparıblar.

Qeyd edək ki, “Made in Azerbaijan” vahid ölkə stendi “Sial China 2019” beynəlxalq sərgisin ən çox ziyarət edilən stendlərdən olub və Azərbaycan məhsullarına böyük maraq göstərilib.

pia.az


Etiket: Çin nar nar şərab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar