Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ay ətrafında uçmaq üçün həvəskarlar axtarılır

Yaponiyanın ZOZOTOWN geyim onlayn satışı servisinin təsisçisi, milyarder Yusaku Maezava onunla bir yerdə Ay ətrafında səyahətə getməyi arzulayanları dəvət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünənki videomüraciətində yaponiyalı iş adamı “Aya ilk mülki missiyası göndərmək” məqsədi daşıyan “dearMoon” layihəsi çərçivəsində “Space X” şirkətinə məxsus “Starship” fəza gəmisində bir həftə ərzində Aya doğru uçaraq ətrafına dolanıb geri qayıtmaq üçün 8 nəfərlik heyət topladığını açıqlayıb.

Ağır rok musiqisi və “Starship”in qalxması görüntülərinin müşayiətilə səsləndirilən videomüraciətində həmçinin “Space X” şirkətinin təsisçisi və rəhbəri İlon Mask da bu missiyaya dəstəyini bildirir: “Məncə, biz həqiqi fərq yaradacağıq”.

“Sizi bu missiyada mənə qoşulmağa dəvət edirəm. Dünyanın hər yerindən səkkiz nəfəri. Missiya iki ildən sonra, 2023-cü ildə həyata keçəcək. Hər cür mənsubiyyətə malik olanların qoşulmasını istərdim”, - deyə Y.Maezava müraciətində qeyd edir.

Missiyada iştirak etməyi arzulayanların 14 mart tarixinədək ilkin qeydiyyatdan keçərək seçimə qəbul ediləcəkləri bildirilir. Martın 21-də aparılacaq ilkin seçimdən və onlayn müsahibədən keçənlər may ayının sonunda yekun müsahibə və tibbi seçimdən də keçməli olacaqlar.

Qeyd edək ki, “dearMoon” layihəsi hələ 2018-ci ildə elan olunaraq Aya uçmaq üçün sənətkarlar dəvət olunmuşdu. Həmçinin cari ilin əvvəlində Y.Maezava “Aya ilk qadın səyahəti” üçün elan etdiyi qız dostlar müsabiqəsi (girlfriend contest) geniş mənfi əks-səda doğurmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar