Cümə axşamı, 16 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ irqçiliyinin anatomiyası: Amerikada rasizmin inkubasiya dövrü nə vaxt başladı?..

Müasir irqçiliyin başlanğıc nöqtəsi kimi qəbul edilən quldarlıq sistemi Amerika vətəndaş müharibəsinə qədər davam etmişdi...

Bizi Telegramda izləyin. Xəbərlər birbaşa smartfonunuza gəlsin - https://t.me/poliqonPia

Gaffar Yakınca

“Aydınlık” qəzeti, Türkiyə, 4 iyun 2020-ci il

79 yaşlı keşiş Çarlz Mur 23 iyun 2014-cü ildə Texasın Qrand Salin qəsəbəsindəki ticarət mərkəzində benzin üstünə tökərək özünü yandırmışdı. O, irqçiliyə və ayrı-seçkiliyə etiraz etmək üçün intihar etmiş və yazdığı son sözlərdə “həyatım boyu Amerikada şahid olduğum irqçilik azalmadı”, deyə qeyd etmişdi.

Qaradərililər Amerikaya kölə kimi gətirilmişdilər. Müasir irqçiliyin başlanğıc nöqtəsi kimi qəbul edilən quldarlıq sistemi Amerika vətəndaş müharibəsinə qədər davam etmişdi. Quldarlıq əleyhinə Şimalın qalib gəldiyi vətəndaş müharibəsindən sonrakı illərdə qaradərililərin hüquqlarında müəyyən irəliləyiş əldə olunmuşdu. 1864-1877 illərdə çıxarılan “yenidənqurma qanunları” ilə qaradərili əhaliyə vətəndaşlıq və səsvermə hüquqları verildi. Qaradərililərin səsvermə hüququna sahib olması Amerikanın müstəqilliyinə və birliyinə də zəmanət verirdi.

İrqçiliyin inkubasiya dövrü

1890-cı illərə qədər bu nikbin atmosferlə gələn Amerika cəmiyyəti bu tarixdən etibarən yenidən “geri qayıtmağa” başlayıb. 1890-1940-cı illər arasındakı dövr irqçiliyin Amerikadakı zirvəyə çatdığı dövr hesab olunur. Müasir Amerika irqçiliyinin əsasını təşkil edən bu dövr 3 faktorla başlayıb. Bunlar ingilis adlarının baş hərflərina əsasən “3 i” adlandırılır.

Birincisi Amerikalı hindulardır (indians). ABŞ öz konstitusiyasına əsasən, bir vətəndaş kimi qəbul etdiyi yerlilərin torpaqlarına toxunmayacağına söz versə də, 1890-cı ildə Yaralı Diz qətliamını törətmiş və hinduların torpaqlarını qəsb etmişdi. Bu da Ağ Adamın beynində “aşağı irqə mənsub insanların hüquqları qəsb edilə bilərəm” fikrini canlandırdı.

İkincisi immiqrant (immigrant) amilidir. 19-cu əsrin sonlarında ABŞ-a çox sayda avropalı mühacir gəlib. İrlandiyalı, italyan və polyak mühacirlər qısa müddətdə ağdərili olmağın üstünlüklərini kəşf etdilər və irqçi siyasətlərin sosial bazasını yaratdılar. O dövrdə qaradərili hüquqlarının müdafiəçisi Respublikaçılar Partiyası idi. Demokratlar da irqçi çıxışları qorumaqla mühacirlərin səslərini almağı bacarırdılar. Miqrant əhalinin sayı artdıqca Respublikaçılar da səsvermədən narahat olduqları üçün eyni ritorikanı qəbul etməyə məcbur qaldılar.

Üçüncü amil isə imperializmdir (imperialism). ABŞ-ın tarix səhnəsinə imperialist bir dövlət kimi çıxışı 1890-cı illərə təsadüf edir. Əvvəlcə Havay, ardınca da Puerto Riko, Kuba, Filippin, Nikaraqua, Haiti və Dominikan kimi onlarla Sakit okean və Mərkəzi Amerika ölkəsi ABŞ-ın müstəmləkəsinə çevrildi. Beləliklə, ağdərili amerikalı avropalı qardaşının 400 yüz ildir bildiyi “üstünlük” hissi ilə ilk dəfədir tanış olurdu: uzaq diyarlardakı qəhvəyi dərili insanlar özlərini idarə edə bilmədiyi üçün guya ağ amerikalılar onlara mədəniyyət aparırdılar. İrqçilik bütün Qərb dünyasında olduğu kimi, ABŞ-da da imperializmin “təbii” nəticələrindən biri olmuşdu.

1890-1940 illərdə ABŞ-dakı tarixşünaslıq, incəsənət və populyar mədəniyyət də qaradərililərin aşağı irq olması fikrinə xidmət etmiş və bu günə qədər ötürülən yeni irqçilik üçün bir zəmin yaratmışdı.

Axşam şəhərləri

Bu dövr Amerika tarixinin az bilinən bir digər qaranlıq səhifəsinin açıldığı zamandır. Bu səhifənin adı “axşam şəhərləri”dir (sundown towns). Bunlar linç, cinayət, təcavüz və təhdid yoluyla “qaralardan azad edilmiş” şəhərlərdir. Girişlərinə “əgər qarasansa, gecə küçəyə çıxma, başına bir şey gələ bilər” yazılmış bu şəhərlərin sayı 1890-cı ildə 119 olarkən, 1930-cu ildə 694-ə yüksəlib. Bu “boz şəhərlər” hətta bu gün də mövcuddur. Keşiş Murun doğulduğu və intihar etdiyi yer olan sevimli Qrand Salin qəsəbəsi də, əslində, bunlardan biridir.

Diqqətli bir gözlə baxsaq görərik ki, ABŞ-da irqçiliyin inkubasiya dövründəki şərtlər bu gün də tətbiq olunur. Bəli, irqçilik birdən-birə göydən düşmür. Bu, həm ictimai, həm də siyasi bir fenomendir və şübhəsiz ki, tarixi bir zəmini var. Bu baxımdan, irqçiliyin ABŞ cəmiyyətində bir nüvəsi var və arabir özünü göstərməsi heç də təəccüblü deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: irqçilik ABŞ

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

43 partiya Prezidentə və orduya dəstək bəyanatı imzaladı

Gənc oğlan Milli Məclisin binasının qarşısında özünü doğradı - Video

Lənkərana üç şəhid aparılır? — Müdafiə Nazirliyindən açıqlama

Elmar Məmmədyarovun Prezidentin tənqidləri haqda suala cavabı: “Soruşmağa mövzu yoxdur?”

“Mən atəşkəs yox, qisas istəyirəm!...” - Şəhid polkovnikin xanımı

DTX-nın saxladığı Rəhim Qazıyevlə bağlı qərar verildi

“Bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir?” – Səfər Əbiyev

Orduya dəstək aksiyası təxribatla bitdi - Bir qrup insan parlamentin binasına daxil olub - Video+Fotolar

Dünənki aksiyada “Qarabağ” - deyə qışqıran polkovnik, nazir oğlu - Video / Foto

Generalımız hansı şəraitdə şəhid olub? – Təfərrüatlar

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? – “Dünənki nümayiş olmasaydı...”

Erməni olduğu deyilən şəxs açıqlama yaydı: “Dözə bilmədim”

loading...

Ən çox oxunanalar