Türkiyənin Trabzon şəhərinin Maçka bölgəsində yerləşən Sümele monastırının çıxışında təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı qarşıdurma yaşanıb
Publika.az xarici mediaya istinadən xəbər verir ki, silahlı qarşıdurma zamanı 1 polis əməkdaşı yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyat davam edir.
Xatırladaq ki, eyni bölgədə iyulun 19-da baş verən silahlı qarşıdurma zamanı 3 polis şəhid olub.
pia.az