Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov ekspertizadan keçirilməsini tələb edir


Odioz general xəstə olduğunu sübut etmək üçün yollar axtarır


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyasını davam etdirir

O, istintaqın avqustun 30-da yekunlaşdırılmasına etiraz edir. Tələb edir ki, istintaq o, iş materialları ilə tanış olub qurtarandan sonra yekunlaşdırılsın.

 A.Çovdarov tələbini belə əsaslandırır ki, xəstədir, hər gün maksimum 2 cildlə tanış ola bilər. İstintaq isə qərar qəbul edib ki, Akif Çovdarov hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun təqsirləndirildiyi iş üzrə cildlərin sayı 50-dən artıqdır. Akif Çovdarov aclıq aksiyası başlasa da, ona əhəmiyyət verilmir. Onun aclıq aksiyası qeydiyyata belə alınmayıb. 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə modern.az-a açıqlamasında deyib ki, təqsirləndirilən, yaxud cəza çəkən şəxsin aclıq aksiyasına başlaması üçün rəsmi müraciət olmalıdır: “Məhkum rəsmi olaraq saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Müraciətdə yeməkdən imtinanın səbəbləri göstərildikdən sonra məhkum digər məhkumlardan təcrid olunaraq həkim nəzarətinə götürülməlidir. Hazırda isə belə bir müraciət daxil olmayıb”.

Ona görə də odioz general növbəti tələblə çıxış edib. Redaksiyamıza daxi olan məlumata görə o, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət edib. İdarədən özünün ekspertizadan keçirilməsini, xəstə olub-olmaması haqda rəy verməsini tələb edir. Akif Çovdarov çeşidli xəstəliklərdən əziyyət çəkdiyini iddia edir. 

Xatırladaq ki, A.Çovdarov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətində saxlanılır. A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. (müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar