Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının 3 kollecində şıdırğı rüşvət yığımı – Özəl siyahı


Kolleclərdə şıdırğı rüşvət yığımı başlayıb. Bakı Yeyinti Sənaye Kollecində, Azərbaycan Maliyyə İqtisad Kollecində, Bakı Rabitə və Nəqliyyat Kollecində vəziyyət xüsusilə biabırçı həddə çatıb


PİA.AZ bildirir ki, bu barədə Tia.az-a göndərilən məktubda qeyd olunur ki, Bakı Yeyinti Sənaye Kollecinin direktoru Mikayıl Məhərrəmov və Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru Həmzə Ziyadov təhsil ocaqlarına bazar açıb.

Uzun illərdən bəri hər iki direktor semestr imtahanları zamanı geniş miqyaslı rüşvət əməliyyatı həyata keçirir. Mənbə iddia edir ki, hər iki şəxs kolleci neçə illərdir talayır: “Avadanlığa qədər oğurlayıblar, kollecə ayrılan dövlət vəsaitini mənimsəyiblər. Normal araşdırılma aparılsa, bu hər iki şəxs məsuliyyətə cəlb olunar”.

Qaynağımız  qeyd edir ki, Bakı Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev vəzifədən azad edilsə də, ona yaxın bir şəxsin sözügedən posta təyin edilməsi pulyığma kampaniyasının “uğurla” davam etdirilməsinə zəmin yaradır.

Xatırladaq ki, bu ildən Təhsil Nazirliyinin qərarına əsasən, bütün tədris müəssisələrində dərslərin və imtahanların mayın 31-dək yekunlaşdırılması ilə bağlı qərar verilib. Bu qərar tələbə və şagirdlər üçün müəyyən çətinliklər törətsə də, əksər müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün yaxşı qazanc şansı yaradıb.

Ali və orta məktəblərlə müqayisədə orta ixtisas məktəblərində - kolleclərdə real vəziyyət xüsusilə acınacaqlıdır. Bu da ondan irəli gəlir ki, sanki kolleclər diqqət mərkəzindən, nəzarətdən bir qədər kənarda qalıb. Yaranmış vəziyyətdən faydalanmağa çalışan kollec rəhbərləri bu semestr imtahan qiymətlərini – rüşvətin həcmini daha da artırıblar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar