Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub: Ölən və yaralananlar var - Fotolar


Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb


Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.
 
Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.
 
***

Bakıda avtobus qəzası baş verib.
 
Hadisə şahidlərinin  verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.
 
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
 
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar