Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD azərbaycanlılara İstanbul məscidlərində təlim keçib Suriyaya göndərir


“İraq və Şam İslam Dövləti” (İŞİD) İstanbul məscidlərini işğal edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək Suriya və İraqa yola salır


Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı “Cümhuriyyet” qəzetinə verib.

Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimtlandırılıb Suriyaya yola salınır.

Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır.

“İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik” - deyə cəfəri lider bildirib.

Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir.

H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər.

“Sizə burada azan oxutmağa imkan verməyəcəyik” deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir.  Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin olmaması mümkün deyil” - deyə cəfəri lider bildirib.

H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən vəhhabilərin “Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı gəbərdirlər. Burada da başlasaydı...” deyə ona sataşdıqlarını eşidib.

Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar